Page 47 - tomas
P. 47
Dünyanın hörümçək toru

dәfә burda Dan adında bir oğlanın yaxasına yapışıb ki, sәn
çinlisәn, vәssalam. Deyir, guya kimsә bu oğlanı göndәrib ki, onu
öldürsün vә sair vә ilaxır cәfәngiyyatlar. “Ay sәni lәnәtә gәlәsәn!
– atan deyirmiş. – Bilirәm, niyә burdasan… dayan-dayan, ikimiz
bir yerdә ölәcәyik!.. Lәnәt sәnә, şeytan! – deyir, bax ha?.. Elә
belә deyir… “Sәnin canını alacağam!..” – deyir, özü dә gülür...
Ambroz deyirdi, o, dәlisov, әtürpәdәn gülüşlә gülürmüş, sonra
da, – deyir, – piştaxtadan әt bıçağını götürüb zәncini barın
әtrafıyla qovurmuş… – Yazıq zәncinin qorxudan, az qalırdı,
bağrı yarıla... Dan ona heç bir pislik elәmәmişdi, siz ki bilirsiz, –
deyir, – Dan ömründә milçәk belә öldürmәyib. Görürәm, yox,
nәsә elәmәk lazımdı. Onda bıçağı birtәhәr ondan aldıq, – deyir. –
Mәn dә istәyirәm onu sakitlәşdirәm. “Sәn neynirsәn, Vill?.. –
deyirәm, – Dana nә vermisәn, ala bilmirsәn?.. Dan ki ömründә
sәnә bir pislik elәmәyib?!.” O mәnә nә desә yaxşıdı?.. “Çinlidir,
– deyir, – onu görәndә gözüm ağrıyır”. Yüz faiz, başı xarab olub,
daha burda ayrı söz ola bilmәz, heç nә başa düşmәk istәmir.

– Yox әşşi, – deyirәm, – Vill bilir axı o çinli deyil. Axı sәn
özün dә yaxşı bilirsәn bunu!.. Bizim evdә az olmamısan, –
deyirәm, – Danı da tanıyırsan, özün dә gözәl bilirsәn ki, çinli
deyil.

– Әlbәttә, mister Qant, – Dan da bu yandan deyir… bilirsәn
dә zәncilәrin xasiyyәtidi, gәrәk mütlәq bir söz әlavә elәsinlәr…
– siz ki tanıyırsız mәni, – deyir, – özünüz deyin, mәndәn çinli
çıxar?..” Atansa:

– Yox, çinlidi, – deyir, – Allaha and olsun, öldürәcәyәm
onu!..

– Sәn nә danışırsan, Vill?!.. – deyirәm (bunu Ambroz deyir),
– o qәtiyyәn çinli deyil… – deyirәm, – bir dә lap tutaq ki, çinlidi,
bundan ötrü gәrәk öldürәsәn onu?.. Sәn bir özün fikirlәş, –
deyirәm, çinlilәr dә bizim kimi insandırlar. Bu da hamıya mәlumdu
ki, bütün insanlar kimi onlara da Yer üzündә yaşamaq hüququ
verilib, – deyirәm, – yoxsa heç yerli-köklü olmazdılar. Bu da
sözdü?.. Axı niyә durduğun yerdә bu adamı öldürmәk istәyirsәn?..
– deyirәm, – Ancaq ona görә ki, çinli hesab elәyirsәn?.. Bir
fikirlәş!.. O isә: “Hә, – deyir, – çünki onlar Cәhәnnәm tüstüsüdür…

47
   42   43   44   45   46   47   48   49   50   51   52