Page 44 - tomas
P. 44
as Vulf

şirniklәndirsin… tәsәvvür elә, gecә-gündüz oturub gözlәyirmiş
ki, atan evә nә vaxt gәlәcәk... günlәr dә belәcә ötürmüş… Lidiya
bәdbәxt dә bütün bunları yuxarıdan görә-görә ölürmüş…
öskürәkdәn boğulurmuş... elә bilirsәn, sonralar atan bunu boynuna
almadı?..

– Bәdbәxt başa düşürdü ki, ölür… – deyirdi. – Vill, mәn
xәstәyәm. Bilirәm ki, ölümümә az qalıb, Vill… daha hara istәsәn,
gedә bilәrsәn… indi mәnin üçün heç bir fәrqi yoxdu… ancaq
bircә şeyә dözә bilmirәm – deyirdi… atan danışırdı, bunu deyәndә
Lidiya ona necә baxdı... – Mәnim evimdә, öz evimdә gәlinimizi
rahat burax!

…eh… bütün bunları atan özü danışıb mәnә… hәr şeyi özü
boynuna alıb… deyirdi:

– Ay Allah!.. Bu cinayәt mәnim boynumdadı… göydә Allah
varsa, cәzama çatacağam...

…yazıq qarı… evin hәr işi onun üstündәydi… bişirib-
düşürürdü… axşamacan beli әyri qalırdı… o pudralı fahişә isә…
ona tay nә deyәsәn?!.. …uzanıb atanı gözlәmәkdәn savayı,
fikri-zikri yox idi… әlini ağdan-qaraya vurmurdu… belәsini
gәrәk araya qoyub biabır elәyәsәn!.. Amma Lidiyanın vәfatından
sonra Eler orda qaldı… heç yerindәn tәrpәnmәk fikrinә düşmәdi
dә… әlbәttә, o vaxtacan atan ona bir könüldәn min könülә vurul-
du… az qala, ağlını itirdi… odu ki, Elerin orda qalmağına bir söz
demәdi… bu yandan da Con Bils – Elerin әri ona baş çәkmәyә
gәldi… vә yәqin, mәsәlәnin nә yerdә olduğunu hiss elәdi…
gördü dә iş nә yerdәdi… ürәyi götürmәdi… bu, lap ağ idi…
mәnә isә hәmişә elә gәlirdi ki, o, fәrsizin, avaranın biridi… elә
bilirdim, bütün bunları udacaq, arvadının bu әxlaqsızlığına
barmaqarası baxacaq… amma belә olmadı… görünür, qanında
hәlә dә vicdanaoxşar nәsә var imiş… o işlәmirdi… bu haqq-
hesabdan sonra isә Tennesidәki Conson-Sitiyә getdi vә orda
mehmanxanada işә düzәldi... sonra arvadına mәktub yazdı ki,
onun yanına gәlsin… arvadı isә yazdı ki, istәmir onu… heç vaxt
da onunla yaşamayacaq, yerindәn dә heç yana tәrpәnmәk fikrindә
deyil…

44
   39   40   41   42   43   44   45   46   47   48   49