Page 53 - tomas
P. 53
Dünyanın hörümçək toru
elәmәlidi vә sair vә ilaxır... yazıq arvad:
– Kimi yola salmışam?.. – deyirdi. – Gecәnin bir yarısı mәnә
bircә kәlmә belә demәdәn qaçıb aradan çıxdılar. Mәndәn olsaydı,
hamısını evdә saxlayardım ki, tәsәrrüfatla mәşğul olsunlar.
– Әlbәttә, bu, öz yerindә – deyirlәr. – Amma indi onlarla
fәxr elәmirsiniz?
– Fәxr elәmirәm, – deyir. – Burda fәxr elәmәli nә var ki,
Allah, sәn saxla!..
…hә, Amandanın dili acı idi…
– Hamısı bir bezin qırağıdı!.. – deyirdi. – Bu yaşa çatmışam,
hәlә yerindә beşcә dәqiqә sakit oturan kişi görmәmişәm… Elә
bil altlarında quş başı qalıb…
…düzdü, Amanda hirsliydi ki, uşaqları ona bir kәlmә dә
demәdәn aradan çıxmışdılar… fәrmanı onun üstünә atıb
qaçmışdılar... amma, sәnә deyim ki, unikal adam idi… sәksәn
yeddi yaşınacan yaşadı, özü dә buz baltası kimi!.. Bir adam
xәstәlәnәydi, ya kimәsә kömәk lazım olaydı ha… soyuqda,
qarda, hara desәn, gedәcәkdi, nә lazımdı elәyәcәkdi!.. Amma
onun haqqında elә şeylәr danışırdılar, o-ho-ho!.. Bax qulaq as,
mәn hәmişә deyirdim ki, belә sözlәri demәyә onun dili gәlmәz,
camaat nә isә qarışdırır, – deyirdim… amma sәn bir özün fikirlәş,
tәsәvvür elәyә bilәrsәn ki, qadın öz qızına belә desin?.. Deyirәm:
“Belә dә şey olar?..” Deyirdilәr onun qızı Klaris – Con Bercinin
arvadı… hәmin o Con Bercin ana tәrәfdәn bizә dә uzaq qohum
çıxır... Ed Mirsin öldürdüyü adamdı da… hәlә o dәfә atana da
demişdim… atan evә gәlib Melvin Porterlә söhbәtlәrindәn
danışanda ona da dedim…
– Qoy assınlar!.. – deyirәm. – Bu da işdi, sәn Allah?!.. Heç
nәdәn dә, durduğu yerdә adam öldürәrlәr?.. – deyirәm. – Bir
yığın uşağı… bir kimsәyә pisliyi dәymәyәn xeyirxah, abırlı bir
adamı?!.. – deyirәm. – Hәlә mәn bundan alçaq vә murdar cinayәt
eşitmәmişәm… Onları dar ağacından asmaq da azdı!..
…Demәli, belә… deyilәnә görә, Klarisin birinci uşağı toydan
yeddi ay sonra anadan oldu… әlbәttә, burda elә bir şey yoxdu…
heç kimin ağlına da gәlmәzdi ki, özünü düz aparmayıb… amma
sonradan ulamağa, hәr şeyi olduğu kimi bizә açıb ağlaya-ağlaya
53