Page 57 - tomas
P. 57
Dünyanın hörümçək toru

bütöv toyuq, üstündәn alma piroqu, üstündәn iki, ya üç qәhvәdan
qәhvә… ay başına dönüm?!.. Neçә dәfә bax bu gözlәrimlә
görmüşәm!.. Cürbәcür tәrәvәz, şirin kartof, qarğıdalı, sütül lobya,
şomu… bir sözlә, dünyada nә varsa, hamısından... düzdü, doktor
Eliot sözün düzünü dedi… hәkim kimi boynuna aldı ki, onun bu
halını başa düşmür…

– Amma qulaq asın, – deyirdi, – xәstәxanada yatanacan ona
yaxşı qulluq elәyin. İstәyirәm, bizә gәlәnәcәn özünü qaydaya
salsın – deyir. – Gözdә-qulaqda olun ki, özünü әmәlli aparsın,
içmәsin.

– Hә, – deyirәm, – narahat olmayın, hәr şey öz qaydasında
olacaq. O, söz verib axı!.. Biz dә çalışarıq. Yaxşı, – deyirәm, – nә
yesin, nә yemәsin?.. Onu pәhrizә salaq?.. Dәniz ilbizi olar?.. –
soruşuram.

O gülüb:
– Xәstә üçün çox qәribә pәhrizdi, – deyir.
– Bilirsiniz, ölür dәniz ilbizi üçün, – deyirәm, – oturub-
durub, uşaq vaxtı onları düjünlә, qabığının içindәn yediyindәn
danışır... Burda ürәyi istәyәni yeyәcәk deyә elә sevinirdi ki… –
deyirәm, – onu mәyus elәmәk istәmirәm.
– Di yaxşı, – Ueyd gülә-gülә dedi, – qoy nә istәyir yesin.
Heç nә olmaz ona, amma bura bax! – deyib ciddilәşdi, qaşqabağını
töküb gözlәrini üzümә zillәdi. – Mәni onun nә yediyindәn çox,
nә içdiyi narahat elәyir. İçmәyә heç nә vermәyin. Onun canına, –
deyir, – Allah qorxusu salmaq lazımdı. Sizә arxayınam, – deyir, –
bunu bacararsız. Ona deyin, bir dә içsә, evә çәtin sağ qayıda.
Deyin, bu, şәxsәn mәnin sözlәrimdi.
Mәn Ueyd Eliotun sözlәrini ona çatdırdım.
– Sәnә dәniz ilbizi olar, – deyirәm, – o dedi ki, nә qәdәr
istәyir, yesin, amma deyir dilinә bir damcı da içki dәymәmәlidi,
yoxsa evә meyiti gәlib çıxacaq…
– İlahi, missis Qant! – atan deyir. – Sәn nә danışırsan?.. Bu
halımda içmәk harama yaraşır?.. Mәn heç elә şey elәyә bilәrәm?..
Kim mәnә bircә qәdәh belә tәklif elәsә ha, onu pәncәrәdәn çölә
tolazlayaram. O zәhrimarın rәngindәn ödüm ağzıma gәlir.
O, mәnә belәcә söz verdi vә hamımız ona inandıq… indi

57
   52   53   54   55   56   57   58   59   60   61   62