Page 55 - tomas
P. 55
Dünyanın hörümçək toru

***

…Hә... harda qalmışdım?.. Hә, demәli, atana dedim: “Sәn
heç hara getmәyәcәksәn!..” O da gördü ki, әl çәkmәyәcәyәm,
axırda razı oldu… amma deyirәm, avaraçılıq onun qanındaydı
da…. hara gәldi – Kaliforniyaya, Çinә çıxıb getmәk hәvәsi!..
Yox, sәn bir özün de, bunu necә başa düşmәk olar?.. Ömrünün
axırına qәdәr dә çinlilәrlә düşmәnçilik aparmaqdan әl çәkmirdi...
indiki kimi yadımdadı… bu, çox-çox sonralar olmuşdu... gәrәk
ki, sәnin dә yadında ola axı?!. Çünki onda sәn dә bizimlәydin...
amma yox, deyәsәn, sәhv elәmirәmsә, onda kollecdәydin…
müharibәnin qurtarmağına bircә il qalmışdı… vә biz hamılıqla –
Lyuk, Ben vә mәn onunla getdik... axır vaxtlar Ben haqqında
tez-tez fikirlәşirәm… yazıq uşaq… hamımız gözlәyirdik ki,
mister Qant bugün-sabah ölәcәk, amma o, beş il dә yaşadı…
Benin isә ömrü az oldu... Benin!.. Ağlımıza da gәlmәzdi ki…
onu bircә ildәn sonra torpağa basdırdıq… Sәn bir işә bax ki, o
andıraqalmış xәrçәng içini yeyәndә atan fındıq kimi idi!.. Ay
Allah! O yaramaz xәstәlik bütün şirәsini sorub bәdәninә kök
atan vaxtlar belә... hәkimi Ueyd Eliot deyirdi:

– Başa düşә bilmirәm, o, nәyin hesabına yaşayır?!. İnanmazdım
ki, axırıncı görüşümüzdәn sonra onu bir dә görәcәyәm. Bu,
doğrudan, nadir hadisәdi!.. Hәlә hәyatım boyu, – deyir – belә
şey görmәmişәm.

– Yenә dә olsun, – deyirәm, – yәqin ki, bu haqda dәqiq bir
fikriniz olmamış olmaz. Siz, – deyirәm, – mәşhur hәkimsiniz,
minlәrlә adamı sağaldıb ayağa qaldırmısınız, bu dünyada
bilmәdiyiniz şey yoxdur.

…ondan söz almaq istәyirdim, bilirsәn?.. Bilmәk istәyirdim,
bu işdәn nә baş açır…

– Yәqin ki, – deyirәm, – bu barәdә bir rәyiniz olmamış
deyil, doktor Eliot, hә?.. Elәdirsә, mәnә dә deyin! Ailәsinin hәr
şeyi bilmәyә ixtiyarı var, – deyirәm. – Özü dә әn pis tәrәfini
bilmәk istәyirәm. O nә qәdәr yaşayacaq?.. – deyirәm vә düz
gözünün içinә baxıram… o da, atam balası, bir qaqqanaq çәkib

55
   50   51   52   53   54   55   56   57   58   59   60