Page 60 - tomas
P. 60
as Vulf

– Bura bax, – deyirәm, – bu viskilәri hardan eşib çıxardırsan?..
Bilmәk istәyirәm, onu sәnә kim gәtirir?

– Kim?.. Mәn?.. – deyir, – dili dә söz tutmur. – Nә danışırsan,
uşaqsan, nәsәn?.. Sәn ki mәni tanıyırsan, – deyir – bir damcı belә
vurmaram dilimә.

…özü dә әl-qol atıb qucaqlamaq istәyir mәni... biz hәr
ehtimala qarşı bütün dәlmә-deşiyi bir dә axtarmağa başladıq…
mәn dә, uşaqlar da… bütün otağı әlәk-vәlәk elәdik, heç nә tapa
bilmәdik… çünki orda heç nә yox idi… olsaydı, o dәqiqә
tapardıq… mәn çox fikirlәşdim, ürәyimdә çox götür-qoy elәdim
vә birdәn ağlıma gәldi… bilmirәm, niyә bu, әvvәllәr mәnim
ağlıma gәlmirdi?..

– Gedәyin, uşaqlar, – dedim, özü dә göz vura-vura… bilirsәn?.. –
Gedәk şәhәri gәzәk – deyirәm. – Mister Qant, hazır olun, biz bir
saata qayıdacağıq vә saat üçdә sizi xәstәxanaya aparacağıq.

O da, әlbәttә ki, sevindi… ona da bu lazım idi…
– Gedin, gedin… – deyir… axı istәdiyi odu ki, tәk qalıb bir
az da içsin…
– Yaxşı, biz gedirik – dedik vә dәhlizi aşıb mәnim otağıma
keçdik… uşaqları içәri salıb qapını ehmallıca bağladım.
– Ana! – Lyuk özündәn çıxdı. – Sәn neylәyirsәn?.. Belә
içmiş vәziyyәtdә onu tәk qoyub getmәk olar?.. – deyir. – Yenә
bir yerdәn viski tapıb içәcәk. Mәn razıyam oturub sәhәr-axşam
onun qarovulunu çәkim, tәki daha içmәsin.
– Sus-s-s, – deyirәm, – sәn bir sәbrini bas, gözlә.
– Nәyi?.. – o deyir. – Nәyi gözlәyim?..
– Niyә belә dilbilmәzsәn?.. – deyirәm. – Tfu!..
O qәdәr hirsliydim ki, әvvәl qoca әyyaş Qas Tolli heç yadıma
belә düşmәdi... axı hәrdәnbir bizim evdә qonaq qalırdı… o
vaxtlar Cәnubi Karolinadan, Senekadan sәnin atanın xәstәliyi
kimi bir azara tutulub qonşu otaqda yaşayırdı… Hopkinsdә yer
gözlәyirdi... hә… belә… demә, bülbüllәr cütlәşib yanbayan
uzana-uzana vururmuşlar özlәriyçün.
– Bax odu ona içki daşıyan, – deyirәm, – qoca yaramaz Qas
Tolli.
– Әclafın biri әclaf!.. – Lyuk deyir, – İndi gedib onun başını
üzәcәyәm…

60
   55   56   57   58   59   60   61   62   63   64   65