Page 65 - tomas
P. 65
Dünyanın hörümçək toru

bir kağız parçası çıxartdı... mәnsә Lyuka deyirәm: “elә bil toyuq
yumurtlayıb bu kağızın üstündә”... bilirsәn, barmağıyla göstәrә-
göstәrә elә:

– Qaps, qaps... – deyib dad elәyir.
Mәnә isә birdәn çatdı...
– Hә-ә-ә?!.. – deyib qışqırıram... Allaha şükür, başa düşdüm
dә, nәhayәt, o, nәyi deyir... gör ha, heç ağlıma gәlmәmişdi, –
deyirәm. – Qәbz!.. Qәbz istәyir o…
– Bәli-bәli... – çinli sevincәk deyir vә baxıram, hırıldayır...
dişlәrini ağardır... yәni şükür Allaha, axır ki, başa düşdünüz...
– Hә dә, – deyib ona göz vururam, – özüdü ki var, qaps.
...atandı da-a... bir hay-küy qopartmışdı ki, gәl görәsәn!..
mәni çaşdırmışdı, bilirsәn?.. Odu ki, әvvәl-әvvәl başa düşmәdim
mәsәlә nә yerdәdi...
– Mәnә bax, mister Qant, – deyirәm, – eşidirsәn?.. Deyir,
qәbzi sәnә verib, indi ona baxmaq istәyir.
– Mәndә qәbz-zad yoxdu, – atan deyir, – mәnә köynәk
lazımdı!..
– Elә şey yoxdu. Mütlәq qәbz olmalıdı – deyirәm, –
neylәmisәn onu?.. İtirә bilmәzdin axı?!..
– Mәndә heç nә yoxdu vә olmayıb – o, hәyasızcasına deyir.
– Necә yәni yoxdu!.. – Lyuk özündәn çıxdı. – Axı mәnim
yaxşı yadımdadı!.. Onu özüm vermişdim sәnә. Qәbzi neylәmisәn?..
Hanı o?.. De görüm! De dә!.. – deyir, özü dә silkәlәyir onu...
bilirsәn?.. Uşağın hövsәlәsi lap daralıb... atanın heyvәrәliyindәn
qanı qaralmışdı... – Hә, cavab ver!.. Niyә balbas kimi susub dur-
musan?.. Hanı qәbz?.. sәni lәnәtә gәlәsәn!..
...biz üst-başını eşәlәyib axtardıq... amma qәbzi tapmadıq...
– Olsun ki, – indi çinliyә deyirәm, – mister Qant qәbzi
hardasa gizlәdib vә yadından çıxarıb... gәlin belә elәyәk: siz o
köynәklәri bizә verin, mәn qәbzi tapan kimi gәtirәrәm.
...başını bişirmәk istәyirәm onun, bilirsәn?.. O isә: “Siz nә
danışırsız?.. Yox-yox, heç vaxt belә şey elәyә bilmәz!..” – deyir
vә yenә öz dilindә nә isә doğrayıb-tökmәyә başlayır... olsun,
demәk istәyir ki, bilmir bizim köynәklәr hardadı vә qәbzi

65
   60   61   62   63   64   65   66   67   68   69   70