Page 63 - tomas
P. 63
Dünyanın hörümçək toru

– Onları çırpışdırdılar… çırpışdırdılar onları, – deyir… özü
dә belә ağlaya-ağlaya deyir… sonra yenә dәlilik elәmәyә başlayır... –
Boğazınızda qalsın!.. – qışqırır. – Onlar mәni talan etdilәr!..
Axırıma çıxdılar!.. Qanımı içdilәr!.. Qoy… qoy axırıma çıxıb
öldürsünlәr mәni!.. – deyә bağırır.

– Sәn nә danışırsan? – deyirәm. – Onlar, yәni kim?..
– Necә kim, ay arvad?.. – çığırır. – Camaşırxanası olan
çinlilәri deyirәm!..
– Bu nә danışır?.. – Lyuk deyir. – Köynәklәri özüm aparmışdım
ora… Düz bir hәftә bundan qabaq. Elә bilirdim, o, onları çoxdan
götürüb ordan…
– Eybi yox, – deyirәm, – indi gedib götürәrik. Onu bu әyin-
başla xәstәxanaya yollamaq olmaz axı!.. Biabırçılıqdı!..
Atan da o dәqiqә sevincәk oldu:
– Gedin, – deyir, – düz elәyirsiz… mәn dә siz gәlәnәcәn
hazırlaşaram, – başa düşdün dә?.. Yenә tәk qalıb içmәk istәyir...
Dedim:
– Yox, әzizim, keçmiş ola… bu dәfә bir yerdә gedәcәyik.
…nә isә… sözüm onda yox, birtәhәr yola düşdük axır... o,
Lyukla qabaqca çıxdı, Ben isә mәni gözlәdi… Ben çox qürurlu
idi, ona kömәk elәmәk istәmirdi…
– Çamadanı götürüb anamla gәlәrәm, – dedi, – istәmirәm
mәni onunla görsünlәr.
– Niyә ki? – Lyuk deyir. – Hәr nәdi, sәnin dә, mәnim dә
atamdı… Niyә axı ona görә utanırsan?
– Pah!.. “Atamdı!..” Bilmirsәn, niyә utanıram?.. – Ben deyir…
elә belә dә dedi… – İstәmirәm, kimsә bilsin ki, belә bir adamla
tanışlığım var. Elә bilmә ki, – deyir, – sәnә kömәk elәmәyәcәyәm.
Nә lazımdısa, mәn hazır!..
…nә isә… biz küçәyә çıxıb camaşırxanaya yollandıq...
camaşırxana xәstәxanadan bir-iki mәhәllә şimal tәrәfdә – küçәnin
qurtaracağındakı köhnә kәrpic binada yerlәşirdi… içәri girib
gördük, iki çinli canfәşanlıqla ütü çәkir...
– Yәqin, buradı, – deyirәm.
– Buradı, buradı. – Lyuk deyir. – Köynәklәri bura vermişәm.

63
   58   59   60   61   62   63   64   65   66   67   68