Page 68 - tomas
P. 68
as Vulf

– Hә, – deyir, – mәnim dә.
– Bilirsәn, bala, – deyirәm, – bu, atanın çoxdankı xasiyyәtidi...
özü dә o bircә Allaha and olsun ki, burda nә isә bizim bilmәdiyimiz
haqq-hesab var...
...bir vaxtlar bunu Ambroz Reydikerә dә... onun elә öz
salonunda da demişdim...
– İşә bax, sәn Allah... – deyir. – Onun tutması ki tutdu ha,
adam bilmir başını hara soxsun!.. Bilmirsәn, o, özünә gәlincә,
neylәyәsәn.
Mәn isә:
– Deyәrәm, neylәmәk lazımdı, yalvarsa da, ona çaxır vermәyin.
Necә deyәrlәr, işini pirli tut, qonşunu oğru bilmә, – deyirәm.
– Bax bu, düz sözdü, – deyir.
– Axı niyә, – deyirәm, – buna dözmәlisiniz?.. İstәmәdiyiniz
bir şeydәn boyun qaçırmağa gücünüz çatmır, nәdi?.. – deyirәm. –
Axı bilirәm, siz çox ağıllı adamsınız!..
– Axı mәn neylәyә bilәrәm?.. – soruşur.
– Bax indi o, bura çaxıra gәlsә, – deyirәm, – vermәyin, vәs-
salam.
– Axı mәnası nәdi, Eliza? – deyir. – Vermәsәk dә, qoca Ruf
Porterә pul verib göndәrәcәk. Deyirәm, o qoca әyyaşla bölüşәnәcәn,
qoy pulunu elә özünә xәrclәsin.
– Necә ki?.. – deyirәm. – Yәni belә şeylәr dә elәyir?..
– Özüm ölüm – Ambroz deyir. – Özü dә bir dәfә yox...
günaşırı Ruf gәlib onun üçün burdan çaxır alır, sonra emalatxanaya
aparıb birlikdә içirlәr.
– Hә, indi hәr şey aydınlaşdı... – deyirәm. – Demәk, mәsәlә
belәymiş….
…hә, bax onda mәn hәr şeyi başa düşdüm… ağlım kәsdi
niyә bu әclaf onu başında gәzdirir… veksellәri öz әvәzinә ona
imzaladır vә sair vә ilaxır... demәk, әvvәl onu içirdir, sonra atan,
o nә deyir, elәyir...
…odu ki, bir dәfә atan Mel Porterin onun emalatxanasına
gәlmәyindәn vә edam olunacaq adamlara görә qanının
qaralmağından danışmağa başlayanda:

68
   63   64   65   66   67   68   69   70   71   72   73