Page 67 - tomas
P. 67
Dünyanın hörümçək toru

var. Bilirsiniz, ona baxmaqdan adam zövq alır. Adama elә gәlir,
nә qәdәr ki belә uşaqlar vәtәnin keşiyini çәkir, qorxmağa
dәymәz...”

Lyuk isә:
– Bәli-bәli, kapitan, – deyir... bilirsәn, ona qәsdәn belә müra-
ciәt edir... istәyir xoşuna gәlsin... – hәr şey qaydasındadı, köynәk-
lәri mәn özüm bura tәhvil vermişdim. Ola bilsin, atamın yadına
düşmür ki, qәbzi hara qoyub.
– Belә, – polis deyir. – Siz köynәklәri üzdәn tanıya bilәrsiz?..
– İlahi!.. – deyirәm. – Mәn onları qaranlıqda da tanıyaram!..
Ölçüsünü öz әllәrimlә tәyin elәyә bilәrәm. Siz bir özünüz
fikirlәşin, – deyirәm, özüm dә düz gözünün içinә baxıram... – bu
camaşırxanada bu boyda adamın әyninә gәlәsi ayrı köynәk ola
bilәrmi?..
...polis bu sözümdәn sonra atana baxıb gülmәyә başladı...
– Hә, – deyir, – haqlısınız. Yaxşı, belә elәyin, – deyir. –
Keçin içәri, köynәklәri özünüz tapın, mәn isә siz axtaranacan
burda dayanaram.
...mәn elә dә elәdim... piştaxtanın arxasına keçdim... o isә
mәn köynәklәri tapanacan, yerindәcә dayanıb gözlәdi.
– Tapdım!.. – qışqırıram... lap altdan tapıb çıxartdım... ox!..
...onları tapanacan, azı әlli bağlama açdım... sәnә deyim, bu
çinlilәr mәnim dә xoşuma gәlmәdilәr... bizә әyri-әyri baxırdılar...
ux!.. Belә acıqlı-acıqlı... o polis orda olmasaydı, özüm ölüm, bizi
birtәhәr elәyәcәkdilәr... bir Allah bilir, bu adamların әlindәn nә
gәlәr... özü dә atan onların üstünә atılıb o cür hay-küy salmışdı...

***

...yadımdadı, atanı aparıb xәstәxanaya salandan sonra Lyuka
dedim:

– Bilirsәn, nә var?.. – deyirәm. – Ordan ki sağ-salamat
çıxdıq, böyük işdi. Onların gözü heç xoşuma gәlmәdi, tüklәrim
biz-biz durdu!

67
   62   63   64   65   66   67   68   69   70   71   72