Page 62 - tomas
P. 62
as Vulf

– Yox, atam, – deyirәm, – sәn xәstәxanaya getmәlisәn… Özü
dә bu dәqiqә getmәlisәn.

…bax belәcә… biz bircә dәqiqә belә gәzmәyә gedә bilmirdik…
mәn bilirdim ki, onunla ayrı cür mümkün deyil… bu hala
düşdüyünü birinci dәfә görmürdüm ki?!. Bilirdim, onu aparmasaq,
yerin dibindәn dә olsa, yenә içki tapacaq… Lyuk dedi:

– Ya sәn özün gedәcәksәn, ya da sürüyüb aparacağam. Ben
dә mәnә kömәk elәyәcәk.

Ben isә:
– Cәhәnnәm olsun!.. Mәn onu tanımaq belә istәmirәm!.. –
deyir. – Qoy nә istәyir, elәsin.
– İndi ki belәdi, – Lyuk deyir, – bu adam hәyatı boyu özündәn
başqa, heç kimi fikirlәşmәyib. Odu ki, onun ölmәyi mәni heç
maraqlandırmır. Mәn, – deyir, – bu sәfәrimiz barәdә nәlәr
fikirlәşirdim, deyirdim, heç olmasa, bir az da gәzib dolanarıq…
o isә hәr şeyi korladı!.. Üstәlik dә, biabır elәdi bizi. Hәvәsin
varsa, onunla özün mәşğul ol, mәndәn әl çәk!..
…uşağın qәlbinә toxunmuşdu... yazıq bu sәfәrә elә hazırlaşırdı
ki… pul yığmışdı, özünә tәzә kostyum tikdirmişdi… atan da bu
hoqqaları çıxardı, hamımızın boyunu yerә soxdu… fikirlәşirdik,
onu xәstәxanaya qoyub, bir az gәzәrik, şәhәrә baxarıq… ay-
hay!.. Elә hoqqalar çıxarırdı ki, onun keşiyini çәkmәk üçün
bütöv bir qoşun lazım idi...

…әvvәla, xәstәxanaya getmәk istәmirdi… amma onu da
başa düşürdü ki, biz dediyimizdәn әl çәkmәyәcәyik, odu ki,
razılaşdı. Lyuku da göturub otağına getdik… mәn onun kostyumunu
soyundurub, pijama geyindirdim… xәstәxanaya aparılacaq ayın-
oyunu yığmağa başladım… bir neçә gecә köynәyi, xalat, başmaqlar,
bir dә başqa xım-xırt… bir dә baxıb görürәm, tәmiz köynәyi
yoxdu… әynindәki dә o qәdәr kirlidi ki, o cür yollamaq ayıbdı…
onu da bilirdim ki, ona oturmağa icazә verәndә mütlәq köynәk
lazım olacaq…

– Hanı sәnin köynәklәrin?.. – deyirәm. – Onları neylәmisәn?..
Yadımdadı, beşini qoymuşdum çamadana… o qәdәr köynәyi
itirә bilmәzdin axı?!. – deyirәm. – Hanı onlar?..

62
   57   58   59   60   61   62   63   64   65   66   67