Page 58 - tomas
P. 58
as Vulf

necәdi sәninçün, bala, bu söhbәtin elә sәhәrisi günü içdi... evә dә
gecәnin bir yarısı – saat ikidә gәlib çıxdı… elә sәrxoş idi ki, dili
söz tutmurdu… yazıq arvada lap ürәyim ağrıdı… bir özün
fikirlәş… biz hәmin o missis Barretin evindә qalırdıq… düz
xәstәxanayla üzbәüz… çox yaxşı, nurlu bir qadın idi… özü dә
Allah adamı... tәkbaşına özünü dolandırırdı… üstәlik, bir qız
uşağı da saxlayırdı… onun әri ayrı birisinә qoşulub qaçmışdı
axı!.. Atansa, bir dә gördük, gecәnin bir alәmi elә qışqırıb
ağlayır!.. Nә isә… bütün ev oyandı… hamı yerindәn dik atılıb
bir-birinә qarışdı... missis Barret, az qala, barmaqlarını qıra-qıra
qapımızı döyürdü… tir-tir titrәyirdi yazıq...

– Bu nәdi belә, missis Qant, – deyir, – siz Allah, sakitlәşdirin
onu… yoxsa, mәnim axırıma çıxacaq… aparın onu burdan, –
deyir, – camaat bilsә, biabır olaram…

…uşaqları isә çardağa göndәrmişdi… onlar da orda meymun
kimi dinmәzcә oturmuşdular… camaatsa dәhlizlәrdә pıç-pıç
pıçıldaşırdı... Ben atana görә elә xәcalәt çәkirdi, elә utanırdı...

– Ona bu da azdı, – deyirdi, – qoy ölsün. Özünü ki belә
aparır, ona heç yazığım da gәlmir.

…şüşәni hәmin dәqiqә әlindәn aldım… yarıyacan boşaldıb
cibinә qoymuşdu… üstündәn heç beşcә dәqiqә keçmәmişdi ki,
yenә “viski!..” deyib dad elәmәyә başladı…

– Yox, atam, – deyirәm ona, – daha bir damcı da olmaz!..
Nәzәrә al ki, – deyirәm, – xәstәsәn… bu zәhrimarı atmasan, evә
sağ qayıtmayacaqsan…

…onunsa dünya vecinә deyildi...
– Bu boyda әziyyәtә dözmәkdәnsә, – deyir, – birdәfәlik
ölmәk yaxşıdı…
…sәhәr-axşam qışqırıb içki tәlәb elәyirdi… bizsә vermirdik…
özüylә gәtirdiyi şüşәni dә dibinәcәn boşaltmışdım… birazdan
yuxuladı… pal-paltarını yığışdırıb sandığa basdım ki, evdәn çıxa
bilmәsin... o gecә düz sәhәr saat onacan yatdı... oyananda elә bil
özünә gәlmişdi… amma sәhәr yemәyi istәmәdi, dedi ki, boğazından
keçmir… onda tünd, qaynar kofe verdim… missis Barret onun
üçün qәhvәni yuxarı gәtirdi... yaxşı qadın idi yazıq… mehriban,

58
   53   54   55   56   57   58   59   60   61   62   63