Page 54 - tomas
P. 54
as Vulf

danışmağa başlayanda hamımız elә bildik, onun başı xarab olub...
– Nә deyim?!.. – hәkim deyibmiş ki, uşaq normaldır… hәr

şey qaydasındadır, amma anası ağlamaqdan әl çәkmәsә, onu
birtәhәr sakitlәşdirә bilmәsәniz, uşaq yetim qalacaq.

– Yaxşı, mәn onu sakitlәşdirәrәm, – Amanda deyib. – Ya da
heç olmasa, mәsәlәnin nә yerdә olduğunu öyrәnәrәm. – Sonra
düz Klarisin yataq otağına gedib, çarpayısının kәnarında oturub:

– Mәnә bax, – deyib. – nolub, Allaha şükür, sәnә?.. Bu nә
axmaqlıqdı, elәyirsәn?

Qız isә:
– Of!.. – deyib. – Mәn xәcalәtdәn ölәcәyәm… – deyib. –
Camaatın üzünә baxa bilmәyәcәyәm! – vә yenә ağlayıb.
– Axı nә olub, bir desәnә? – Amanda deyib, – Axı sәn
neylәmisәn belә ki, özünü bu qәdәr üzürsәn?..
Qız isә:
– Of!.. – deyib, – Heç nә elәmәmişәm… amma axı uşaq
vaxtından әvvәl doğulub?!.
– Tfu sәni, lәnәt şeytana!.. – qarı elә belәcә üzünә qayıdıb. –
Elә bu?.. Heç sәndәn belә sarsaqlığı gözlәmәzdim. Buna görә dә
adam özünü üzәr?.. – deyib.
Amma qız tutduğundan әl çәkmәyib.
– Oy, Allah bilir, hamı deyәcәk, mәn Cona qәdәr kiminlәsә
yatmışam!..
Amanda isә:
– Belә cәhәnnәmә, gora desinlәr!.. Qoy nә qәdәr istәyirlәr,
danışsınlar, belә vecinә dә alma!.. – deyib. – Sәn dә onlara
deyәrsәn ki, belә özüm bilәrәm!.. Nә istәyirәm, onu da elәyirәm!..
Deyirlәr, qarı ona belә mәslәhәt verib... mәnimsә yadımdadı,
bütün bunları atana danışanda o:
– İlahi!.. – dedi. – Dünyasında belә şey ola bilmәz!.. O, heç
vaxt qıza elә demәz!.. Kim dә olmasa, sәn ki yaxşı bilirsәn?!.
Amma düzü, belә danışırdılar...

54
   49   50   51   52   53   54   55   56   57   58   59