Page 74 - tomas
P. 74
as Vulf

– Mәn, – deyir, – onu müqәddәs yazının müxtәlif kitabları
üzrә imtahana çәkmişәm. Bir dәfә dә olsun, onu yerinә oturda
bilmәmişәm. İndiki vaxtda, – deyir, – nadir haldı ki, işçi adam
din mәsәlәlәri ilә bu qәdәr dәrindәn maraqlana.

– Cәmiyyәt isә… – deyirәm, – yәqin ki, haqlısınız, amma
bax bizim cәmiyyәt haqqında hәlә çox şey bilmirsiniz. Әlbәttә, –
deyirәm, – siz burda tәzә adamsınız, amma, mәnә görә, bir
vaxtlar Dok Hensli siz deyәn qәdәr dә cәmiyyәtin fәxri olmayıb.

– Hә?.. – deyir. – Hansı vaxtlar?..
– Bilirsiniz, – deyirәm… özüm isә heç nә danışmaq fikrindә
deyilәm… odu ki, ona göz vurub – …bәlkә, sandığı açıb-tökmәyә
dәymәz, hә?.. Axı hәr şey, – deyirәm, – lap çoxdan, hәlә siz öz
namizәdliyinizi prezidentliyә verәn vaxtlar olmuşdu.
Ah, atam!.. Elә bunu demişdim, o, başını arxaya atıb belә
“ha-ha-ha!..” – elәyә-elәyә gülüb getdi.
– Hә, – deyir, – deyәsәn, çoxdan olub. Nolar, bәlkә dә,
hәqiqәtәn, ardını danışmağa dәymәz, – deyir, – amma başımı
verәrәm ki, mәnim bilmәli olduğum hәr şey sizin yadınızdadı.
– Bәs necә?!. – deyirәm, әlbәttә, mәnim lovğalıqla heç aram
yoxdu… – yaddaşım bir o qәdәr dә pis deyil.
– Hә, – deyir, – mәncә, boş yerә belә hesab elәmirәm. Bu
yaxınlarda arvadıma deyirәm ki, әtrafda baş verәn hәr şeylә bu
qәdәr hәvәslә maraqlanan ikinci belә adamı görә bilmәzsәn.
Bilirsiniz, – deyir, – ona dedim ki, mәnә elә gәlir, siz hәyatınızda
baş verәn әn kiçik xırdalıqları belә xatırlayırsız.
– Yox, – deyirәm, – siz lap şişirdirsiniz. İki yaşına qәdәr olan
bәzi şeylәri xatırlamıram… amma sonrakılar çәtin yadımdan
çıxa.
– Hә, başımı verәrәm ki, siz heç nәyi unutmamısınız, – deyir,
özü dә şaqqanaq çәkib ürәyi gedәnәcәn gülür.
– Amma mәsәlә burasındadı ki, – deyirәm, – heç kimә pislik
elәmәk istәmirәm. Mәn hәmişә fikirlәşirdim ki, onun bircә yaxşı
cәhәti varsa, buna da min şükür!.. Amma, – deyirәm, – armud
yoxdu ki, saplağı olmasın, mister Brayan. Heç birimiz, – dirilәri
nәzәrdә tuturam, günahsız deyilik. Necә deyәrlәr, heç kimi
günahlandırmayın ki, sizi dә günahlandırarlar, – deyirәm.

74
   69   70   71   72   73   74   75   76   77   78   79