Page 78 - tomas
P. 78
as Vulf

…elә belә dә dedim, bala… bәs necә?!. Axı bunu mәhkәmәdә
dә danışdılar, onlar şәnbә günü… maaş verilәn gün nahardan
sonra şaxtaya girib dava-dalaş salıblar… özü dә elә-belә… kef
üstündәn...

– Yaxşı, puldan ötrü girmiş olsaydılar, – atana deyirәm, –
kassanı yarmaq istәsәydilәr, bunu yenә başa düşmәk olardı. Yox
axı!.. Bunlar şuluqluq salmaq istәyiblәr… ora da elә bunun üçün
giriblәr.

…ikisi dә, tәbii ki, kefli olub... çaxır içәndә hәmişә vәhşilә-
şirdilәr… gәlib kassirә… – o cür abırlı, sakit adama sataşmağa
başlayıblar… işlәmәyә imkan vermәyiblәr… Elә bu vaxt kontora
Qion Vercin daxil olub…

– Qulaq asın, – deyib, – uşaqlar, özünüzü heç yaxşı aparmırsız
ha. Nә qәdәr ki sağ-salamatsız, çıxın gedin burdan.

…başlarına ağıl qoymaq istәyib, bilirsәn?.. Lourens Ueyn
isә ona:

– Sәnә nә dәxli var, lәnәt şeytana, biz özümüzü necә aparırıq?.. –
deyib.

– Şәxsәn mәnә heç dәxli yoxdu. – Con Bercin deyib. –
Amma özünüzü aparmağınız heç xoşuma gәlmir. İstәmirәm,
oturduğunuz yerdә başınız ağrısın. Bilirәm ki, – deyir, – sabah
sәhәr yuxudan oyananda bugünkü hәrәkәtinizә görә peşman
olacaqsınız.

– Bizim sabahkı halımıza görә, – Lourens Ueyn ona deyib, –
sәn heç narahat olma. Özünә görә narahat ol. Sәnin kimilәr, –
deyib, – bir dә görürsәn, heç sәhәrә sağ çıxmır. Sifәtinsә çoxdan
xoşuma gәlmir. Bura gәl görüm, – deyib, – nә qәdәr ki әlim-
ayağım sәnә dәymәyib...

– Yaxşı, – Con deyib, – gedirәm. Sizә qoşulub burda hay-küy
salmaq istәmirәm. Başa salmaq istәdim ki, heç olmasa, arvad-
uşağınızın xәtrinә özünüzü abırlı aparasız… indi ki belәdi, mәn
gedirәm.

…deyirlәr, o dönüb çıxanda Ed Mirs arxadan güllә atıb...
Lourensә sarı dönәrәk sәrxoş bir tәbәssümlә:

– Sәncә, Lourens, güllәm dәyәcәk ona?.. – deyib… vә ona

78
   73   74   75   76   77   78   79   80   81   82   83