Page 77 - tomas
P. 77
Dünyanın hörümçək toru
– Qulaq as, – atan deyir, – bilirsәn, nә deyirlәr? Deyirlәr,
onların qaçmağına mane olmasın deyә Con Rendi dә satın alıblar.
– Ola bilәr – deyirәm.
…sәnә deyim, doğrudan, qәribәdi… ayda әlli dollardan çox
qazanmayan bir adam birdәn-birә o cür varlandı… de görüm, bu
qәdәr pul ona hardandı, hә?.. Yo…o…x, burda nә isә fırıldaq
var...
– Hә, – atan deyir, – görәn, neçәyә satılıb? O qәdәr pulu ona
kim verib?..
– Mәlum mәsәlәdi, – deyirәm, – kim verib. Yansi dairәsindә
yaşayan qohum-әqrәbası. Onlardan savayı, kim verә bilәr ki?..
– Necә bәyәm... – deyir, – yәni belә varlıdırlar?..
– Hәdsiz varlıdırlar!.. – deyirәm. – Son qәpiklәrinәcәn qoya-
caqlar ki, Edlә Lourensi dustaqxanadan çıxarsınlar. Mәn, –
deyirәm, – onların arasında böyümüşәm. Ona görә deyirәm ki,
qabaqlarında heç kim dayana bilmәz.
…deyirdilәr, pulu su kimi axıdırdılar bura… onları qurtarmaq
üçün minlәrlә dollar xәrclәnirdi... Bәs necә?!. Deyilәnә görә,
tәkcә qoca hәkim Trumen… hәmin o professor Trumenin qardaşı…
hә dә, axı Ed Mirslә Lourens Ueyn onun qızlarıyla evlәnmişdilәr!..
Demәk, tәkcә qoca hәkim Trumen, – o, Yansin görkәmli hüquq-
şünaslarından biri idi… – bu mәsәlәdәn ötrü on mindәn çox
xәrclәmişdi...
– On min dәnizdә bir damladı, – atana deyirәm. – Onlar,
harda olur-olsun, imkanlı olacaqlar.
– Lap yaxşı, – deyir, – elә yaxşı ki, aradan çıxıblar. Onsuz da,
çox qan tökülüb. Әlavәsinә ehtiyac yoxdu.
Mәn başımı yellәyib:
– Yox, – deyirәm, – düz demirsәn. Onları asmaq lazım idi…
amma çox tәәssüf… cәzalarını almalıydılar… Yaxşı ki, – deyirәm –
biz elә belә dә elәdik. Onları tutsaydılar, mәn heç әsәbilәşmәzdim…
amma istәmirәm, nә müqәssirin, nә dә günahsızın qanı vicdanımı
ağrıtsın.
– Hә, – deyir, – düz deyirsәn.
– Amma sәn axı – deyirәm, – mәndәn yaxşı bilirsәn hәr
şeyi...
77