Page 81 - tomas
P. 81
Dünyanın hörümçək toru

…mәn başımı yellәdim… hiss elәyirdim… bilmirәm, buna
nә deyirlәr, amma hiss elәyirdim, nә isә qorxulu bir şey, bәdbәxtlik
yaxınlaşmaqdadır...

– Xahiş elәyirәm, getmә… – deyirәm… bir dә baxıram ki,
izi-tozu da qalmayıb…

…o, evdәn çıxanda, saata baxdım… әqrәblәr düz ona iyirmi
dәqiqә qalmışı göstәrirdi… mәnsә gözlәyirәm… özüm dә hiss
elәyirәm ki, yaxınlaşır… bilirsәn?.. Sobanın üstündәki o köhnә
taxta saat necә çıqqıldayırdı, ilahi?!.. Çıq-çıq, çıq-çıq, çıq-çıq…
dәqiqә dәqiqә dalınca vurur… sәnә deyim, heç vaxt bu qәdәr
gözlәdiyim olmamışdı… hәr dәqiqә mәnә bir saat gәlirdi... sonra
saat onu vurdu... elә bu mәqam eşidirәm… evin qabağındakı
döngә ilә qısıla-qısıla gәlir… sonra eşidirәm, pәncәrәnin dalındakı
mәftil hasar cırıldadı… vә hәyәtdә lәkin üstünә nә isә düşdü…
sonra budu ha, eşidirәm… artıq bura gәlir… qonaq otağının
qapısının o üzündә artırmayla sakitcә, ehtiyatla sürünür…

– İlahi!.. – deyirәm… bax burda qәfildәn ağlıma gәldi, bütün
bunlar nә demәkdi… – Gәldilәr!.. Onlar burdadılar!.. Mәn indi
neylәyәcәyәm?.. – deyirәm. – Uşaqlarla tәkbaşına bu vәhşilәrlә...

…tәbii ki, bunun xәbәrdarlıq olduğunu da hәmin dәqiqә
anladım… “İki… iki”, “İyirmi… iyirmi…” …onlar atanla mәni
xәbәrdar elәmәk istәyirdilәr ki, Edlә Lourens iyirmi dәqiqәdәn
sonra burda olacaqlar...

– Axı o niyә getdi?.. Niyә sözә qulaq asmadı?.. – deyirәm. –
Axı bayaqdan ona bunu demәk istәyirdilәr!..

…qapıya yaxınlaşdım… bilmirәm, o vәziyyәtdә o boyda
cәsarәt, o güc mәnә hardan gәldi, buna necә iradәm çatdı… Yox,
bala, yox!.. Elә bilirәm, onları qarşılamaq üçün mәnә yuxarıdan
cәsarәt vә qüvvә verildi… qapını açdım… qapının ağzı qaranlıq
idi… payız tәzә-tәzә girirdi... yağış yenicә kәsmişdi… İlahi! Elә
qaranlıqdı, elә bil qaranlığı bıçaqla kәsmәk olardı... әtrafda da
hәr şey elә bil ağırlaşmışdı, sakitlәşmişdi, donuxmuşdu… odu
ki, meydanda baş verәnlәrin hamısı burda yaxşı eşidilirdi... elә
sakitlik idi… yarpaq belә tәrpәnmirdi…

81
   76   77   78   79   80   81   82   83   84   85   86