Page 85 - tomas
P. 85
Dünyanın hörümçək toru
– Sәn mәnә bir yaxşılıq elәyә bilәrsәn, – deyirәm, – Özü dә
elә bu dәqiqә, bax buradaca.
– Hә?.. – soruşur.
– Pulunu istәmirәm, – deyirәm, – çәkmәlәri götürә bilәrsәn,
ümidvaram ki, xilas olmağına kömәk elәyәcәklәr. Çәkmәlәr sәnә
lazımdı, – deyirәm, – amma bax, arxa cibindәki tapança lazım
deyil – deyirәm… mәn tapançanı sonra gördüm, bilirsәn, hәr
addımbaşı armud kimi onun arxa cibindәn pırtlayıb çıxırdı... –
Çox adamın qanını tökmüsәn, – deyirәm, – başına nә iş gәlsә dә,
tutulsan da, tutulmasan da, Allah elәmәsin, qulağıma çatsın ki,
yenә kimәsә ilişmisәn. Onu mәnә ver, – deyirәm, – sonra get.
Onsuz da, tapançanın xeyri olmayacaq sәnә.
…o, mәnә baxdı, baxdı… bir qәrara gәlә bilmirdi… sonra nә
fikirlәşdisә, tapançanı cibindәn çıxarıb mәnә uzatdı...
– Yaxşı, – deyir, – olsun ki, sәn haqlısan. Bundan mәnә bir
xeyir gәlmәyәcәk… bir dә ki, tutsalar da, daha mәnim üçün fәrqi
yoxdu. Ömrüm boyu o qәdәr cinayәt elәmişәm ki, indi, – deyir, –
daha fәrqi yoxdu… harda qırıldı, qırıldı... Axırım çatıbsa, demәk,
çatıb, Allaha çox şükür!..
– Yox, – deyirәm, – bu danışığın heç xoşuma gәlmәdi. Sәnin
arxanda dağ kimi dayanan arvadın, körpә balaların var… onların
haqqında, – deyirәm, – fikirlәşmәyin vaxtı çatıb. Çıx elә bir yerә
get ki, orda sәni heç kim tanımasın. Tәzә hәyata başla… hәr şey
qaydasına düşәndәn sonra arvadını da yanına çağır… Mәn onu tanı-
yıram, – deyirәm… özüm dә gözünün içinә baxıram, – …tanıyıram
onu, gәlәcәk…
…burda o daha dözә bilmәdi… danışa bilmәdi… üzünü çe-
virib:
– Yaxşı, – dedi – çalışaram…
Mәn isә ona:
– Ta get. İstәmirәm, sәni burda yaxalasınlar… – deyirәm, –
ümidvaram ki, hәr şey yaxşı olacaq...
– Әlvida, – o dedi, – söz verirәm… bu gündәn çalışacağam
ayrı cür yaşayım.
– Hә, çalışmalısan, – deyirәm. – Elәdiyin bütün pis әmәllәri
özün yumalısan. Get, – deyirәm, – bir dә günaha batma...
85