Page 87 - tomas
P. 87
Dünyanın hörümçək toru
Trumen ona demişdi ki, Ed dә, Lourens dә onun Koloradodakı
evindә qalıblar vә tәbii ki, arvadları da yarım ildәn sonra onların
yanına köçmәli olub… Meri Trumen bir-iki ildәn sonra vәrәmdәn
vәfat elәdi… Lourensin başına nә gәldiyini isә dәqiq bilmirәm…
belә şayiә gәzirdi ki, Kanzasa köçәrkәn ikinci dәfә ailә qurub,
bir yığın uşağı olub, bu günәcәn dә elә orda yaşayır… oranın әn
hörmәtli, varlı adamlarından biri sayılır... Ed Mirsin başına
gәlәnlәr isә bizә mәlumdu… onun haqqında Dok Henslidәn
eşitdim... Trumen atana demişdi ki, Ed onun yanına – Koloradoya
gәlibmiş… sonradan hansısa şaxta qәsәbәsindә işlәmәyә – dağlara
yollanıbmış… orda bir aya özünü tutandan sonra Adanı çağırtdırıb…
o da gәlib… Trumen danışırdı ki, Ada orda bir ilәcәn yaşadı…
sonra yenә onun yanına qayıtdı... Ox!.. Nәlәr danışırdı yazıq?!..
Dәhşәt!..
– Dözә bilmirәm, – deyirdi, – Edin başına hava gәlir…
axırda, doğrudan, dәli olacaq…
…o, elә hey sayıqlayırmış… öldürdüyü adamların ruhlarının
onu çәrlәtmәk üçün qәbirlәrdәn xortlayıb çıxdığını deyib dad
elәyirmiş...
– İndi görürsәn?.. – atana dedim. – Görürsәn dә, nәlәr baş
verir. Mәn deyirdim axı!.. – deyirәm, – mәsәl var ee: “soğan
yemәmisәn, için niyә göynәyir?..”
– Hә, – atan deyir, – yәqin, elәdi. Vicdan әzabı!.. Burda
başqa söz ola bilmәz!..
– Mәn dә qızımı ondan ayırdım, – Trumen deyirdi. – Geriyә
çağırtdırdım. Şәrqә – ondan tam uzaq bir sәmtә göndәrdim.
Düzdü, mәni hәdәlәyirdi, – deyir, – qorxudurdu ki, öldürәcәk
mәni… qorxudurdu, amma görürdüm, başına hava gәlir, qızımı
onun yanına buraxa bilmәzdim”.
…uzun sözün qısası, Ada evlәrinә qayıdıb ondan boşandı…
işini Keş Çeter aparırdı… hәlә Senata seçilmәmişdәn qabaq…
onda adi vәkil idi… deyilәnә görә, işi apara-apara Adaya vurulub
vә cәmi bir neçә aydan sonra Ada öz kağız-kuğuzunu alaraq,
necәdi sәninçün, ona әrә gedib…
– Çox gözlәmәyә sәbirlәri çatmadı da, hә?.. – atana dedim. –
Amma – deyirәm, – gәrәk bir az gözlәyәydilәr, vaxt keçsin.
87