Page 82 - tomas
P. 82
as Vulf

– Hә, di bәsdi!.. – qaranlığa qışqırdım… bilirsәn, özümü elә
aparıram, guya heç nәdәn qorxmuram. – Bilirәm, burdasan, Ed!..
Keç içәri.

…o dinmir, susur… mәn sakitliyә şәklәnmişәm... vә eşidirәm,
hardasa yaxınlıqda nәfәs alır… belә ağır-ağır...

– Yәni, doğrudan, – deyirәm, – mәndәn qorxursan?.. Mәn
tәkәm!.. – deyirәm. – Kömәksiz bir qadının nәyindәn qorxursan?..

…bilirdim, bu söz onu qıcıqlandıracaq… tәbii ki, bu sözüm
ona toxundu vә hәmin dәqiqә ayağa qalxıb otağa girdi...

– Mәn heç kimdәn qorxmuram!.. – deyir. – Nә kişidәn, nә ar-
vaddan.

– Hә, – deyirәm, – doğrudan, qorxmursan. Deyirlәr, Con
Bercinin kürәyinә güllә atanda da heç kimdәn qorxmadın. Yәqin
ki, sәnin qәdәr adam başı yeyәn bir kişi müdafiәsiz bir ev
qadınından qorxmaz. Doğrudan da… – deyirәm, – niyә bayaqdan
heç ağlıma gәlmәyib ki, sәn mәndәn qorxmazsan?!.

– Hә, Eliza, – deyir, – sәndәn qorxmuram. Ona görә dә bura
gәldim. Sәn dә – deyir, – mәndәn qorxma. Mәn bura ona görә
gәldim ki, bilirәm, – deyir, – mәni satmazsan. Sәn mәnә kömәk
elәmәlisәn, – deyir.

…ona baxmaq olmurdu… elә bil yaralı heyvan idi… sәnә
bir şey deyim ki, bir dә heç vaxt Edin ogecәki gözlәri kimi göz
görmәk istәmәzdim. Desәydilәr ki, Cәhәnnәmә gedib-qayıdıb,
inanardım… hәr nә elәmişdisә dә, onu satmaq әlimdәn gәlmәzdi...

– Yaxşı, – deyirәm, – Ed, mәndәn qorxmaya bilәrsәn, sәni
satmaram. Lourensә dә de, qoy o da gәlsin. Bilirәm, o da burdadı.

…o dәqiqә dişlәrini ağartdı:
– Niyә belә deyirsәn?.. – soruşur. – Lourens burda deyil.
– Yox, – deyirәm, – bilirәm, burdadı. Dәqiq bilirәm. Ona elә
belә dә deyә bilәrsәn. Sәnә deyim, mәni xәbәrdar elәyiblәr, –
deyirәm vә görürәm, hәyәcanlanmağa başlayır.
– Sәni kim xәbәrdar elәyib?.. – soruşur. – Bura kimsә
gәlmişdi?..
– Hә, – deyirәm, – burda bәzi-bәzi adamlar vardı… mәnә
xәbәrdarlıq elәdilәr ki, Lourenslә bura gәlirsiz… Amma sәn o

82
   77   78   79   80   81   82   83   84   85   86   87