Page 84 - tomas
P. 84
as Vulf

köynәkdәn savayı, әynindә heç nә yoxdu… onlar da elә kökdәdi,
elә bil dustaqxanada qaldığı vaxtdan bәri әynindәn çıxarmayıb…
saçları da bir-birinә yapışıb… quş kәkili kimi gözünün üstünә
tökülüb… saqqalı, Allah bilir, iki aydı ülgüc görmür… yәqin,
türmәdә bir dәfә dә üzünü qırxdırmayıb... bir sözlә, ayı ilә
qarşılaşsa, ayının qorxudan bağrı yarılar... belә haldadı…

…vay dәdәm!.. – ürәyimdә deyirәm… işә bax… bunun
qaçmağı üçün hәr şeyi fikirlәşiblәr, әn vacib olanından başqa…
gör bir, әlinә güllә ilә dolu tapança veriblәr ki, adam öldürsün…
guya bu vaxtacan az öldürüb… amma ayağına ayaqqabı, әyninә
pencәk vermәk ağıllarına da gәlmәyib

– Ömründә belә şey görmәmişәm! – dedim.
O isә:
– Ayaqqabıdan-zaddan lazımdı, – deyir, – yoxsa dağlarda
ayaqlarımı kәsik-kәsik elәyәrәm… onda da, – deyir, – yeriyә
bilmәsәm, işim bitdi. Özüm ölüm, tutacaqlar.
– Mәlum mәsәlәdi – deyirәm.
– Odu ki, – deyir, – sәnin yanına gәldim, Eliza. Çünki tәkcә
sәnә arxayın ola bilәrәm. Özün görürsәn, – deyir, – ayağım nә
boydadı… Olsa-olsa, – deyir, – mister Qantın çәkmәlәri yarayar.
Köhnәlәrindәn birini versәn, xәrcini dә ödәyәrәm. Pulum çoxdu, –
deyir vә harasındansa qalın bağlama çıxardır… görünür, yaxşı
yola salıblarmış onu… – çәkmәlәr üçün nә qәdәr desәn, verәrәm.
Mәn başımı yellәyib:
– Yox, Ed, – dedim, – sәnin pulların mәnә lazım deyil. –
Onlara әlimi belә vura bilmәzdim… o pullar elә bil qana
bulaşmışdı… – Çәkmәni isә verәrәm – dedim… zirzәmidәn
onun üçün gözәl ştibelet gәtirdim, atam balası… atan iki ay
bundan әvvәl almışdı… bir dә ona görә tәzә qalmışdı ki, atan hәr
şeyi sәliqәylә geyirdi. – Hә, – deyirәm, – yәqin, ayağına olar.
…o dәqiqә ayağına keçirtdi… çәkmә elә bil ayağına tikilmişdi...
bilirsәn, cani dә olsa, görünür, içindә hәlә nә isә qalıbmış…
әlimdәn tutub ağlaya-ağlaya:
– Mәn bunu ölәnәcәn unutmayacağam… – dedi. – Sәnә görә –
deyir, – bütün dünyanı alt-üst elәmәyә hazıram.

84
   79   80   81   82   83   84   85   86   87   88   89