Page 93 - tomas
P. 93
Dünyanın hörümçək toru
versin... Amma... ay Allah!.. O vaxtlardan… o çәyirtkә gәlәn
ildәn gör neçә illәr keçib... o portağal ağacları, şam ağacları, o
mahnılar… bir yerlәrdә yaşadığım illәr әrzindә gördüyüm hәr
bir şey!.. Hәm әn yaxşı günlәrim, hәm әn çәtin vaxtlarım… hәm
sevinc, hәm göz yaşları... burda nә isә elә bir şey var ki, sözә
çevirmәk olmur... ona nifrәt elәmәk dә istәmişәm… amma indi
ondan, bir qәtrә dә olsun, incikliyim qalmayıb... qәribә adam
idi… o olan yerdә heç kim aclığın nә olduğunu bilmirdi, heç kim
soyuğun nә olduğunu bilmirdi… hamıya hәr şey çatırdı… indi
dә yadıma düşәndә... elә bil çәyirtkә gәlәn o ildәn nә qәdәr vaxt
keçib... elә bil yenә dә danışmalı nә isә var… söz çatdıra
bilmirsәn…
…o il.... o il uşaqlar yatalağa tutulmuşdular... Stivlә Deyzi
tәzә-tәzә sağalmağa başlayanda… ay Allah, hәrdәn fikirlәşirәm
ki, bütün bunların öhdәsindәn necә gәlә bilmişәm?.. Onları Sen-
Oqastenә gәtirdim… o da ora gәldi… sakit otura bilmәyib
ardımca gәlmişdi… yenә içmәyә başladı... mәn yenә şüşәni
axtarmağa başladım… o, Stivi mәcbur elәmişdi ki, arağı evin
altında – qumun içindә gizlәtsin… elә ki gördü axtarıram,
özündәn çıxdı… söyüb biabır elәdi mәni…
– Sәni görüm lәnәtә gәlәsәn!.. – qışqırırdı. – Onu da götürsәn,
hәr ikinizi öldürәcәyәm!..
…sәn bir özün fikirlәş, bala, arvad-uşağa da belә söz
deyәrlәr?!.. Acığım tutdu… amma inadımdan dönmәdim… evin
içindә ora-bura vurnuxa-vurnuxa qaldım… sonra hәyәtә çıxıb
divara söykәndim... o bağı şimaldan gәlәn bir adamdan almışdı…
pillәkәn mәhәccәrsizdi vә ümumiyyәtlә, teyxa qumdan başqa
orda heç nә yox idi… odu ki, arxayındım: uşaqlar yıxılsalar da,
әzilmәyәcәklәr vә... hә…
…İlahi! – fikirlәşirәm… indi mәn neylәyim?.. Sәhәri gün
ayılıb özünә gәldi vә biz axşamtәrәfi uşaqları götürüb Merion
qalasına – Pon-se-de Leondakı qәdim ispan qalasına getdik…
orda camaat әlindәn tәrpәnmәk olmurdu… hamı da bәr-bәzәkli…
hәrbi orkestr çalırdı… budu ha, top atıldı… şeypur çalındı vә
bayrağı endirdilәr... “E-vi-ni-zә-ә!.. E-vi-ni-zә-ә!..” bax belәcә
93