Page 94 - tomas
P. 94
as Vulf
çalıb-oxuyurlar… uşaqlar da ovuclarını ağızlarna tutub şeypur
kimi çalırlar… quşlar uçuşur... palmalar, musiqi… suyun iyi
gәlir... portağalın rәngi… vә qәdim, qara qala... İlahi!.. Divarları
bәzi yerlәrdәn on dörd fut qalınlığnda… gün dә böyük portağal
kimi arxada gizlәnib… camaatsa musiqiyә qulaq asır... bax hәmin
o qışın yanvarında bizim yerlәrә çәyirtkә gәldi... bir dә gördüm,
elә bil içimdә nә isә qırıldı...
– Gedәk, – deyirәm. – Getdik!..
O isә:
– Nәdi yenә, nolub?.. – deyir.
– Ay Allah!.. – deyirәm. – Yanıb-tökülürәm… ay Allah!..
Gedib çata bilmәyәcәyik!.. Tez ol!..
Vә biz tәrpәndik… uşaqlarla bir yerdә… ayaqlarım qumun
içinә bata-bata, gedә-gedә fıkirlәşirәm ki, çәtin çataq… mәni
qucağına alıb düz evәcәn apardı…
– Görürsәn, neylәmisәn? – deyirәm ona. – Bu, sәnin işindi!..
O da mәnә baxıb qorxdu, ağappaq ağarıb, әsim-әsim әsdi…
– İlahi!.. İlahi!.. – deyir. – Mәn neylәmişәm axı?!..
…evin içindә vurnuxa-vurnuxa qaldı… hava da qaraldı...
mәn uzanmışam, uşaqlar yan-yörәmdә yatıblar… o, hәyәtә
çıxdı… orda şam ağacımız vardı… mәnsә qulaq asıram: adamlar
yanımızdan ötüb-keçirlәr… hardasa musiqi çalınır… cürbәcür
sәslәr eşidilir… kimsә oxuyur, kimsә gülür… qızılgülün, yasәmәnin,
qәrәnfılin, o tәrәflәrdә bitәn bütün ayrı güllәrin, portağal ağaclarının
әtri gәlir... Of!.. Sәn bir tәsәvvür elә… uşaqlar evdә yatıb, göy
ulduzla dolu… İlahi, Pәrvәrdigara!.. fikirlәşirәm: “İndi mәn
neylәyim?.. Neylәyim?”
…hә, hәmin o il idi… çәyirtkә gәlәn il… hәr şey dә elә bil
lap çoxdan olub... yox, düz sözümdü… mәn heç nәyi özümdәn
toqquşdurmuram... Nelson onda düz demişdi… “Mәlum şeydi, –
demişdi, – sizә ilahidәn nә isә qeyri-adi qüvvә verilib. Mәn
ömrümdә belә şey görmәmişәm”, – demişdi… doğrudan da!..
Yәni bütün bunları mәn elәmişәm?!.. Bu, uşaqlıqdan mәnim
qanımdaydı… pomidorlar da, güllәr dә, qarğıdalı da, tәrәvәz dә,
müxtәlif meyvәlәr dә… Allah haqqı!.. Elә barmağımı torpağa
batırmağım bәs idi ki, nә istәsәn, bitsin.
94