Page 95 - tomas
P. 95
Dünyanın hörümçək toru
– Vay, – qoca Şumeyker deyirdi… bir dә görürdün, bütün
günü bağında әllәşir… hәr şeyi şahmat taxtası kimi dübbәdüz
kәsmәsә, ordan çıxan deyildi… Almaniyada belә öyrәnmişdi... –
“Vay, – deyir – bağı belә başlı-başına buraxmaq olmaz. Alaq
elәmәlisiz, yoxsa heç nә bitmәyәcәk”.
– Dayanın bir, – deyirәm, – dayanın, görәrsiniz. Hәr şey
bitәcәk, – deyirәm, – mәnim bağım sizin әziyyәtlә, qayğıyla әk-
diklәrinizdәn pis bar vermәyәcәk.
…necәdi sәninçün?.. O il o qәdәr soğan, kahı, turp, pomidor
bitdi ki, Şumeykerin bağı kölgәdә qaldı... o bir Allaha and olsun,
hәr şey göz görә-görә öz-özünә yerdәn pırtlayıb çıxdı!.. Bir dә,
sәnә deyim, mәn heç vaxt acından ölmәrәm, qәpiksiz qalaram,
amma batmaram… torpağı mәcbur elәyәrәm, yedirtsin mәni…
әvvәllәr bacarırdım, elә indi dә әlimdәn gәlir…
…hә, ötәn qış Katobanın kömür kompaniyasına gedib vergi
ilә bağlı Miller Raytla söhbәtә girişmişdim… demә, yazığın
ölümünә ikicә gün qalıbmış… yetmiş yaşı tәzәcә tamam olmuşdu…
görürәm meyit kimi ağappaq ağarıb, yarpaq kimi әsim-әsim
әsir…
– Nolub sәnә, Miller?.. – soruşuram, – Halın heç xoşuma
gәlmir. Niyә belәsәn?..
– Oh, Eliza… – deyir, özü dә elә әsir... – elә bir bәdbәxtçilik
üz verib mәnә, elә bir bәdbәxtçilik... gecәlәri yatmıram, elә hey
fıkirlәşirәm…
– Nә baş verib axı?.. – soruşuram.
O isә elә:
– Oh, Eliza… – deyir, – hәr şey mәhv oldu!.. Bircә qәpiyim
dә qalmadı… Bütün pulumu mülkiyyәtә keçirdim, – deyir, – bu
andıra qalmış bank isә müflis oldu… indi neylәyәcәm, bilmirәm…
– Neylәyәcәksәn?.. – deyirәm. – Mәnim elәdiyimi elәyәcәksәn.
Sәhvlәrindәn nәticә çıxarıb, hәr şeyi tәzәdәn başlayacaqsan.
– Of, Eliza, yox-yox, Eliza… – başı әsә-әsә deyir, – gecdi
daha… ikimiz dә yetmişi adlamışıq… çox qocayıq… – deyir.
– Qocayıq?.. – deyirәm. – Allaha and olsun!.. Günü sabah
hamıdan yaxşı qazanıb, özümü dolandıra bilәrәm!..
95