Page 100 - tomas
P. 100
as Vulf

ağzıyla söyüş yağdıran hәmin polis nәfәri hiddәtindәn şeytanlaş-
maqdan, kor olmaqdan çoxdan әl çәkmiş, çoxdan ümidini
kәsmişdi. İndi bu azmış qoyuna, hәqiqәtәn, analıq hissi bәslәyirdi.
Sәhәrlәr sayıqlıqla dayıma göz qoyur, fürsәti qaçıranda qәlbini
donduran tanış fәryadı eşidib dәrhal fit çalmağa başlayır,
lәngimәdәn küçә basırığının әn qatı yerinә, qışqırtıların, lәnәtlәrin,
әylәc cırıltılarının ortasına can atırdı. O, Baskom Hokun dirsәyindәn
bәrk-bәrk yapışıb ehtiyatla tәhlükәdәn uzaqlaşdırır, oynaqlarını,
sümüklәrini yoxlaya-yoxlaya, narahat halda bәdәninin hissәlәrini
ovuşdura-ovuşdura, babası yaşında olan adama “körpә” deyә-
deyә sәkiyә tәrәf aparırdı.

– Salamatsanmı, körpә? Heç yerin ağrımır ki, körpә? Yaxşı-
sanmı?

Amma canını qorxu sarmış Baskom susur, yalnız әldәn
düşmüş halda xırıldayır, arabir dә boğuq hayqırtısı eşidilirdi:

– O! O! O!
Axır ki, özünә gәlib sakitlәşәndәn sonra dağların başından
peyğәmbәrlәrin ilahi vәhy çatdırdıqları sayaq boğuq sәslә avto-
mobillәrә vә onların sürücülәrinә haqlı qәzәbini ucadan izhar
elәyirdi. Onun sәsi qәribә çıxırdı, eşidilәndә hәmişәlik yaddaşa
hәkk olunurdu. Bu, uzaqlardan gәlәn sәs idi, amma heç dә
İsrafilin suru kimi inildәmirdi. Belә ki, Baskom dağın başından
sükuta bürünmüş vadidәki adamı sәslәsәydi, hәmin adam bu
ilahi ehtirasdan od tutub yanan fәryadı çox uzaqlardan eşidәrdi.
Bu, hәqiqәtәn, keşiş sәsi, böyük vaiz sәsiydi, әslindә, mәbәdlәrdәn
gәlmәliydi. Yeri gәlmişkәn, o sәsin elә mәbәdlәrdәn gәlәn vaxtları
da olmuşdu. Baskom dayı uzun, parlaq ömründә növbәylә
müxtәlif mәzhәblәrin – yepiskopal, presviterian, metodistik,
baptist, unitarian – ardınca dәrin inamla getmiş, onları tәbliğ
elәmişdi.
Yәqin, elә bu sәbәbdәndi ki, indi dә tez-tez küçә vaizi rolunda
çıxış elәyirdi. Elә möcüzә nәticәsindә çarxların altından salamat
qurtulduğu hadisәni götürәk; sarsıntıdan özünә gәlәn kimi
tәmtәraqlı töhmәt axınını tәsadüfәn burada olan bütün sürücülәrin
üstünә tökmüşdü. Hәmin mәqamda onlardan biri cavab qaytaranda
elә bir hadisә baş verirdi ki, sanki maraqlı tamaşa oynanılır.

100
   95   96   97   98   99   100   101   102   103   104   105