Page 105 - tomas
P. 105
Baskom Hokun portreti

ol: var, hәm dә hәddәn artıqdı, amma yad gözlәrdәn uzaqda
saxlayır. Corabının içi pulla doludu.

– İlahi! – hәmsöhbәti sәsinә sәs verir. – Bu yaşda adama
pulun nә xeyri var axı? Goruna aparmayacaq ki, düzdü?

– Elә mәsәlә dә ondadı, qardaş. – Sonra söhbәt fәlsәfi yön
alır.

Baskom Hok dәrk elәyirdi ki, xәsisdi, hәrdәnbir özünü “әsl
kasıb” elan elәyib çox gözәl anlayırdı ki, hәmkarları onun
xәsisliyini kasıblığına yazmazlar. Onlar daim qocaya sataşırdılar:

– Hazırlaşın, Hok, nahar vaxtıdı. Parker-hausda cәmi iki mis
pula doyunca yemәk olur.

Ya da deyirdilәr:
– Hok, bir yerdә sizin әyninizә qış paltosu gördüm – cәmi
altmış dollaradı.
Yaxud soruşurdular:
– Müqәddәs adam, paltaryuyan lazımdırmı? Mәn çinli әr-
arvad tanıyıram, yaxşı işlәyirlәr.
Baskom belәlәrinә etinasızlıqla fınxırıb xәsisә xas hiylәgәrliklә
cavab verirdi:
– Әl çәkin, ser! Mәn o üfunәtli restoranlara getmirәm. Hәr
şeyi ağıza dürtmәk olmaz axı. Onların mәtbәxini, sizin üçün
bişirib-düşürdüklәri o çirkli, iyrәnc yeri görsәniz, dәrhal iştahanız
küsәr.
Onun xәsisliyi yemәyә xәstәhal vasvasılığacan inkişaf elәmişdi:
deyirdi ki, bәs “gәnclik illәrindә öz mәqsәdini restoranlarda
yeyib”. Hәmin müәssisәlәrin iyrәncliyini göz önündә canlandırır,
aradabir nifrәtamiz tәrzdә “hm” elәyib deyirdi:
– Әlbәttә, çirkli nigeriyalı beş barmağını şorbanın içindә
yaxalayanda (hm-hm-hm!) sizә daha lәzzәtli görünәr, – burada
o, üz-gözünü büzüşdürür, nifrәtamiz halda fınxırırdı; “lәzzәtli
yemәklәri” kinayәli tәrzdә ifşa elәyir, deyirdi ki, bәs o yemәklәr
“dünya bәrqәrar olandan bütün müharibәlәrin mәhv elәdiklәrindәn
dә çox adam qırıb”.
O, “xam әrzaqla” tәbii qidalanmağı qocalıq üçün faydalı
sayır, evdә özünә ovulmuş kökdәn, soğandan, çuğundurdan,

105
   100   101   102   103   104   105   106   107   108   109   110