Page 103 - tomas
P. 103
Baskom Hokun portreti
yaş çәkmә, qaloş, xlor, karbol, çoxişlәk lift qoxusu verәn,
hamamdakı sayaq buxarlı havanın burum-burum qalxdığı geniş
mәrmәr dәhlizә girirdi. Elә hәmin dәqiqәlәrdә liftlәrin biri
gurultuyla aşağı enir, qapılarını yana açır, iki sәrnişini bayıra
buraxır, dayımı udub, elә hәmin әsәbiliklә dә onu sәkkizinci
mәrtәbәyә çatdırırdı. Dayım oranın geniş, qaranlıq dәhlizindә
iyirmi beş illik rejimә riayәt elәyib çaşqın halda gözlәrini qıyır,
üz-gözünü turşudur, arxasından yazı makinalarının adamı ayıldan
taqqıltısı, kağızların xışıltısı, oturub-duran xidmәtçilәrin stullarının
cırıltısı gәlәn işıqlı kontor qapılarının yanından sola gedirdi.
Baskom Hok dәhlizi axıracan keçib sağa, digәr dәhlizә dönür, az
sonra şüşәsindә iri hәrflәrlә: “Con T.Brill. Daşınmaz әmlakın
icarәsi vә satışı”, aşağıda da lap xırda hәrflәrlә: “Baskom Hok,
vәkil. Tәhvil-tәslim sәnәdlәrinin tәrtibi” yazılmış bürokrat qapısı
önündә ayaq saxlayırdı.
***
Hәmin kontora girmәzdәn qabaq gәlin bu özünәmәxsus
adamın görkәminә yaxından, hәm dә diqqәtlә nәzәr salaq.
Bu qәribә şәxsiyyәt Streyt-stritdә dә, elә digәr yerlәrdә dә
daim diqqәti cәlb elәyir, dedi-qodu doğururdu. Qәddini şax
saxlasaydı, Baskom Hokun boyu altı fut, üç-dörd düym1 olardı,
amma yeriyәndә büzüşürdü, illәr keçdikcә dә bu büzüşmә daimi
oldu. Ağır, kobud, irisümüklü, hündür, pekan2 kimi möhkәm
gövdәsi vardı. O, adamların elә bir növünә mәxsus idi ki, belәlәri
elә bil әldәn düşmür, qocalmır, ölmürlәr; azalmayan hәyat gücüylә
lap qocalanacan yaşayır, bir saat әrzindә dә dünyadan gedirlәr.
Onlar nә heydәn düşür, nә vәrәmlәyirlәr, çünki heydәn düşmәli,
vәrәmlәmәli bir şey yoxdu: bu cür adamların qurumuş, damarlı
cismi qranit kimi uzunömürlüdü.
1düym – ingilis uzunluq ölçüsü, burada: 193 sm-ә yaxın
2pekan – qozkimilәr fәsilәsindәn ağac
103