Page 107 - tomas
P. 107
Baskom Hokun portreti

***

Onun tarixçәsi belәdi.
Qeyri-adi ağıla, başıpozuq ehtiraslara malik Baskom Hok
qonaqpәrvәr ailәsindә savadlı kişi sayılırdı. Hәlә gәncliyindә
geyiminin, nitqinin, yerişinin, hәrәkәtlәrinin qәribәliyi cәnublu
qohumlarında istehza doğururdu. Amma bu istehzalara fәxarәt
dә qarışırdı, çünki onun dayaz özünәmәxsusluğunda ailәlәrinin
adi ailәlәrdәn olmadığının daha bir tәsdiqini görürdülәr.
– Beyni bir az yerindә deyil, – şәn halda xәbәrdarlıq elәyirdilәr –
bizim әn masqaraçı adamımızdı.
Baskomun Vәtәndaş müharibәsindәn sonrakı illәrә tәsadüf
elәyәn gәncliyini kasıblıq qarsalamışdı; onun bәzәyi dә, rüsvayçılığı
da fiziki әmәyiylә, üzgünlüyüylә, kasıblığıyla, xәstәliklәriylә
torpaqda kök salmış, torpaqdansa coşqunluqla, hiddәtlә, qalibanә
tәrzdә doğulan hәyat idi. Erkәn yaşlarından insanın alçaldılmasına
qarşı etirazla alışıb-yanırdı, onun әzәmәtini, harmoniyasını car
çәkir, üstәlik, atasının mәsuliyyәtsizliyindәn, artıb-çoxalan, boş
anbarlar alәmini fasilәsiz dolduran törәmәlәrindәn әziyyәt görürdü.
– Növbәti bәdbәxt bu dünyaya gәlәndә, – xeyli keçәndәn
sonra duyğudan titrәyәn sәslә deyirdi, – meşәyә getdim, başımı
ağaclara döydüm, Allahı da qәzәblә yamanladım. Bәli, ser, –
hikkәli alt dodağını seyrәk üst dişlәrinin üstündә gәzdirә-gәzdirә,
sözlәri cidd-cәhdlә artikulyasiya elәyә-elәyә davam edirdi, –
bәli, mәn bunu boynuma almaqdan utanmıram. Çünki biz
lәyaqәtsiz, lәyaqәtsiz, demәk olar, – burada sәsi ucalırdı, elә bil
moizә söylәyirdi, – heyvani şәraitdә yaşayırdıq! İnanarsanmı? –
O, uca sәsini kәsir, reallığa qayıdır, mәxfi pıçıltıya keçirdi. –
İnanarsanmı, oğlum, bir dәfә doğma atama izah elәmәyә mәcbur
oldum ki, biz belә yaşayışla yaxşı adamlar ola bilmәrik. – Bu
mәqamda sәsi pıçıltıda tamam sönür, üz-gözünü qorxunc halda
bürüşdürüb, dodağıyla üst dişlәrini islada-islada iri barmaqlarıyla
dizlәrini döyәclәyirdi.
Kasıblıq ona alışmış, gәncliyini әlindәn almış, qәlbini
qarsalayıb silinmәz iz qoymuşdu. İbtidai tәhsilini öz ucqarında

107
   102   103   104   105   106   107   108   109   110   111   112