Page 111 - tomas
P. 111
Baskom Hokun portreti
Onun keşişliyә başladığı Orta Qәrbdә belә şey rәğbәtlә
qarşılanmır: orada nikbinliklә, sevinә-sevinә, göz yaşları arasından
ümid tәbәssümüylә, tövbә elәyәn günahkarların xoş avazlı xoru
altında ağlamaq mәqbuldu. Baskom dayı isә moizәlәr üçün
әlverişsiz süjetlәr seçir, tamamilә tәbii olaraq, “Potifarın arvadı”,
“Ruf xırmanda”, “Babil sәfillәri”, “Taxtapuşdakı arvad” kimi
mövzulara girişәndә hisslәr kişini boğurdu.
Baskomun beyni vicdanıyla bitib-tükәnmәyәn mübahisәdәydi:
o, növbәylә yepiskopal, presviterian, unitarian kilsәlәrinin ağuşunda
olur, protestant mәrәkәsindәn keçib özü üçün mәqbul saydığı
mәzhәbә gedirdi. Hәmişә dә hәmin mәzhәbi tapırdı vә hәmişә dә
bir az sonra o mәzhәbdәn imtina elәyirdi. Unitarian keşişimiz
qırx yaşında azadfikirliliyi artırdı, onun moizәlәrindәn aqnostisizmin1
qatı buxarı qalxmağa başladı; Baskom öz neofit2 ovqatını Karleyl
zәrbli nәsrlә, Metyu Arnoldu yamsılayan şeirlәrlә ifadә edirdi.
Onun unitarianlarla, yeri gәlmişkәn, elә baptistlәrlә, metodistlәrlә,
mütәrәddidlәrlә, yeddinci gün adventistlәriylә mәnәvi birliyi bir
sәhәr hәr misrası yarımçıq hәqiqәtlә bәzәnmiş “Aqnostik” şeirini
oxuyanda birdәfәlik kәsildi:
Bilmirәm, cavabım:
Bәlkә dә, “hә”,
Bәlkә dә, “yox”.
Bax Baskom Hok elә bu cür dә tәqribәn әlli yaşında kütlәvi
moizәlәrdәn uzaqlaşdı. Sonrakı fәaliyyәti әvvәlcәdәn müәyyәn
olunmuşdu. Onu mülkiyyәtә dәdә-babasından miras qalmış
ehtirası yeyib-dağıdırdı. Baskom daşınmaz әmlakın tәhvil-tәslimi
üzrә әmәliyyatlarla mәşğul olmağa başladı. Mülkiyyәt hüququnu
müәyyәnlәşdirmәk üçün әmlak hüququnu kifayәt qәdәr mәnimsәdi.
Üstәlik, Boston әtrafında torpaq sahәlәri almağa, orada memarlara
1aqnostisizm – dünyanın obyektiv reallığının dәrkini inkar edәn fәlsәfi
cәrәyan
2neofit – dinin vә ya nәzәriyyәnin yeni tәrәfdarı
111