Page 114 - tomas
P. 114
as Vulf

evlәrә qeyd-şәrtsiz sahiblәnmәyә bir addım da yaxınlaşdıran
qәbzi yazdığı müddәtdә gәlәn adamlar gәrgin vәziyyәtdә ayaqlarını
götürüb qoya-qoya, şlyapalarını әzişdirә-әzişdirә duracaqlar.

O, pulu cibinә qoyub alqı-satqını başa vurandan sonra gәlәnlәri
dәrhal buraxmayacaq, zәhlәtökәnliklә, israrla lәngidәcәk, uzun
siqara qonaq elәyәcәk, onlarsa Baskomun suallarına, töhmәtlәrinә
utancaq halda qulaq asa-asa irisümüklü, öküzsayağı gündәymәzlәrini
stulun qırağına qoymuş vәziyyәtdә gözlәyәcәklәr.

– Nә deyim axı, әzizim! – o, yunan Makropolosa qışqırırdı. –
Sizin şәrәfli keçmişiniz var, o cür tarixlә hәr bir xalq fәxr elәyә
bilәr!

– Doğrudu, doğrudu, – Makropolos başını bәrk-bәrk tәrpәdirdi. –
Böyük tarixdi.

– Yunan arxipelaqı! Yunan arxipelaqı! – dayım özünü çәtinә
salırdı. – Coşqun Safonun sevdiyi, nәğmә qoşduğu yer (hm-hm-
hm)!..

– Düzdü, düzdü, – Makropolos çatılmış, barmaq yoğunlu-
ğundakı qaşlarını fikirli-fikirli tәrpәdib sadәlövhcәsinә tәsdiqlәyirdi.
– Doğrudu. Elәdi.

– Nә deyim axı, әzizim! – Dayım qışqırırdı. – Mәn ömrüm
boyu o müqәddәs yerә getmәyi, Akropolda günәşin doğmasına
baxmağı, Yunanıstanın keçmiş şöhrәtiylә tәmasda olmağı, әn
nәcib qәdim sivilizasiyanın әzәmәtli xarabalıqlarını görmәyi
arzulamışam.

Bu zaman tәhqir olunmuş vәtәnpәrvәrlik hissi mister Makro-
polosun sarımtıl-qaraşın yanaqlarını qızardırdı, o sәrtlәşir, hәyә-
canlanır, az sonra ehtirasla and içirdi:

– Yox, yox, yox! Xarabalıq-filan yoxdu! Nә danışırsınız!
Afina gözәl şәhәrdi. Orada bir milyon adam yaşayır. – O, lazımi
sözlәr axtara-axtara tüklü әllәriylә havada kürә göstәrirdi. – Başa
düşürsünüz? Böyükdü? Gözәldi, – sifәtinә tәbәssüm yayılırdı. –
Hәr şey yaxşıdı. Orada hәr şey sizdәki kimi yaxşıdı. Başa
düşürsünüz? – Makropolos israrla tәlqin elәyirdi. – Hәr şey
gözәldi. Köhnә heç nә yoxdu! Yox, yox, yox! – Get-gedә artan
çaşqınlıqla qışqırırdı. – Tәzәdi! Buradakı kimi! Gözәldi! Hәr şey

114
   109   110   111   112   113   114   115   116   117   118   119