Page 118 - tomas
P. 118
as Vulf
oyadırlar, qış – tufanlı, külәklәri ulayan, qar qasırğalarıyla kor
elәyәn yox, tutqun-boz, rütubәtli, sürüşkәn, mәhvedici qış da –
bu xanım üçün belәydi: boz günlәr, yeknәsәqlik bitib-tükәnmәdәn
davam elәyirdi. Xanımda bircә canlı rәng dә yox idi: rütubәtli,
ağır bәdәni, iri cizgili, ifadәsiz, üstәlik dә, aşağıya doğru nazil-
mәyәn, әksinә, yuxarıya doğru daralan ağ sifәti vardı. Hәm dә
görkәminә uyğun danışır, burulmuş kukla kimi taqqıldayırdı,
hәtta danışanda, yaddaşım aldatmırsa, almacıq sümüklәri tәrpәnirdi.
Gәlәn adamın yaddaşında bu cür şeylәr qalırdı:
– Hәә, salam… Bizi tamam unutmusunuz… Çoxdan baş
çәkmirdiniz… Nәsә bu günlәrdә ağlıma gәldi: o, çoxdan bizi
yoluxmur… Qәrara gәldim: bizi tamam unudub… Necә
yaşayırsınız? Deyәsәn, pis deyilsiniz… Kim? Mәn?.. Şikayәtim
yoxdu… İşlәrimdә? Әlbәttә. Çalışıb-çapalayıram… Siz kimin
yanına gәlmisiniz? Atamın yanına? Oradadı… Hә, әlbәttә. Düz
gedin.
***
Miss Brill çәkmәlәrinin bağlarını açanda, çox güman ki,
isinmәk mәqsәdilә ovuclarını bir-birinә sürtәn, yaxud barmaqlarını
ovuşduran mister Semyuel Fridman artıq otaqda olurdu. O, cılız,
bir qәdәr cavan, solğun, üzgün görkәmli, iti safsar1 sifәtli
yәhudiydi. Bu cür zahiri görkәmi olan adamlar küçәlәri, metroları
dolduran insan kütlәsinin içindә tamam әriyirlәr, yaddaş onların
simasını bütövlükdә dә, detallarıyla da bәrpa elәmәk iqtidarında
deyil, amma elә hәmin adamlar da yer üzünü doldurur, hәyatı
tәcәssüm etdirirlәr. Mister Fridman digәr hәmtayfalarının bәzәyi
olan parlaqlıq, özünәmәxsusluq, yumor hissi kimi keyfiyyәtlәrә
malik deyildi: bomboz günlәr, iyrәnc iqlim elә bil onun ruhunu,
saysız-hesabsız gәlmә çoxdilli ruhları – irlandiyalıları, qәdim
ingilis özәyini, elә hәmin yәhudilәri – söndürmüş, onların hamısını
rәndәlәyib hamarlamış, parıldadıb bir-birinә oxşatmışdı. Mister
Fridman da çәkmәdә gәzir, sәliqәli, sadә geyinir, әynindә sürtülmüş
1safsar – xәz dәrili vәhşi heyvan
118