Page 117 - tomas
P. 117
Baskom Hokun portreti
Dorçester, 6500 dollara; 5 otaq vә qaraj, Melrouz, 4500 dollara
vә i.a. – nәzәrә almasaq, otağın bütün görünüşü belәydi. Elә
digәr otaqda da eyni şәrait idi, yalnız әşyaların düzülüşü bir
qәdәr başqaydı.
Baskom “balaca qәfәs” adlandırdığı, içindә işlәdiyi, hәm dә
müştәrilәri qәbul elәdiyi “kontoruna” girmәk üçün ikinci otaqdan
keçir, laklanmış fanerdәn, qabarcıqlı şüşәdәn ibarәt davamsız
arakәsmәdәki qapını açırdı. Onun “kontoru” bax belәydi: iri
çirkli pәncәrә, fırlanan kreslo, köhnә әyriayaq masa, saralmış
qәzet yığını altında ağzınacan dolu kiçik seyf, arxasındakı iki
ensiz rәfdә cırıq-cırıq olmuş bir neçә foliant1 qoyulmuş şüşә
qapılı balaca kitab şkafı. Oradakı kitabların yoxlanışı üzü üzlәr
görmüş, kiflәnmiş, dana dәrisindәn cildlәnmiş hüquq sorğu
kitabının iki-üç nüsxәsini üzә çıxarırdı: müqavilәlәr haqqında,
daşınmaz әmlak haqqında, mülkiyyәt hüququ haqqında – bu
üçlük daimi-mütlәq idi. Sonra Metyu Arnoldun şeirlәrinin didik-
didik olmuş ikicildliyi, “Sartor Rezartus”un2 nüsxәsi, Ralf Uoldo
Emersonun dönә-dönә oxunmuş esselәrinin bircildliyi, kәnarlarında
çox xırda, saralmış qeydlәr olan “İliada” (qәdim yunan dilindә),
1903-cü ilin “Ümumdünya tәqvimi”, oxunmaqdan cırıq-cırıq
olmuş, hәr yeri Baskomun muncuqsayaq xәttiylә yazılmış çox
köhnә Bibliya...
Qoca işә bir qәdәr gecikәndә – bu da hәrdәnbir baş verirdi –
artıq hәmkarlarının hamısının gәldiyini görürdü. Makinaçı missis
Mürel Brill – mister Brillin böyük qızı öz masasının yanında
oturur, qıçını qıçının üstünә aşırıb әyilir, qışda geydiyi çәkmәlәrinin
bağını açırdı. O, aydındı ki, ilin başqa vaxtlarında çәkmә geymirdi,
amma yaddaşımız hәr hansı bir adam üçün xarakterik kimi
görünәn pozaları bәrk-bәrk tutub saxlayır deyә bu müәssisәyә
sәhәr-sәhәr gәlәnlәr dә miss Brili bircә mәqamda – çәkmәlәrinin
bağlarını açan vәziyyәtdә xatırlayırdılar. Amma o da mümkündü
ki, başqa adamlar ilin müәyyәn vaxtlarıyla bağlı duyğular
1foliant – irihәcmli qalın kitab
2İngilis yazıçısı vә tarixçisi T.Karleylin (1795–1881) romanı
117