Page 122 - tomas
P. 122
as Vulf

bilirsiniz, ser, o qadın mәnә, – iri barmağını silkәlәyә-silkәlәyә
bağırırdı, – yalnız vә yalnız peşәkar cәhәtdәn tanışdı.

– Belә de, Müqәddәs Ata, – Mister Brill sadәlövhcәsinә sözü
uzadırdı. – Demәli, o, peşәkardı? Mәnsә elә bilirdim, – ilahi, keç
günahımdan, – hәvәskardı.

Mister Brill son zәrbәsini endirib otağı hәr şeyi silkәlәyәn
böyürtüylә doldurur, mister Fridman qarnını tutub, sinәsi üstә
masanın üstünә yıxılaraq hәrdәnbir zingildәyir, mister Uord
pәncәrәyә tәrәf dönüb, başını narazı halda bulaya-bulaya, elә bil
qәlbinin dәrinliklәrindә tәәssüflәnә-tәәssüflәnә it hürüşünә oxşayan
sәslә gülür, miss Brill isә xısın-xısın pıqqıldayıb yazı makinasının
arxasında oturaraq dillәnirdi:

– Belә söhbәtlәr mәnlik deyil.
Әgәr bu biabırçılıq dayımın müdrik qәlbinin bayağılıq qәbul
elәmәdiyi dәqiqәlәrdә baş verirdisә, onda çıxıb gedir, özünә
qapanırdı: onun oynaq sifәtini ağlagәlmәz iyrәnclik, nifrәt ifadәsi
eybәcәr hala salır, çaşqınlıqdan titrәyәn fışıltılı sәslә, başını
sözlәrin ahәnginә uyğun tәrpәdә-tәrpәdә deyirdi:
– Ah, fәlakәt! Fәlakәt! Fәlakәt!
Amma elә dә olurdu ki, Brillin hәdsiz bayağılığı, hәr şeyә,
hәr kәsә abırsız hörmәtsizliyi Baskom dayının döşünә yatır,
üstәlik dә, onda hazırcavab rәqabәt ruhu doğururdu: dayım göz
vurub mәmnun halda hırıldayır, ilk dәfә daddığı günah vә
rüsvayçılıqdan mәst olan kafir kimi, onu ilhama gәtirәn dinlәyicilәrә
bic-bic baxırdı.

***

Hәmkarlarının – Fridmanın, Uordun vә makinaçı Mürelin
nәzәrindә dayım hәmişә sirr olaraq qalırdı: әvvәlcә onun nitqinin,
hәm dә kostyumunun özünәmәxsusluğundan, hәrәkәtlәrinin
mәzәliliyindәn, ovqatının tәhlükәli dәyişkәnliyindәn tәәccüblәnir,
sonra bütün bunlara sataşıb, әlә salırdılar. İndisә dayım onları
әmәlli-başlı darıxdırır, zәhlәlәrini tökürdü. Artıq onun işlәrinә
dә, sözlәrinә dә tәәccüblәnmirdilәr. Belә şeylәr onları maraqlan-

122
   117   118   119   120   121   122   123   124   125   126   127