Page 123 - tomas
P. 123
Baskom Hokun portreti

dırmır, sadәcә bir iş yoldaşının cansıxıcı bioqrafiyasını yola
verirdilәr. Dayımı tәşәxxüslә lağa qoymağa (özlәrinin dediyi
kimi, “qocanı qurdalamağa”), özlәrindәn razı halda bir-birinә
göz vurmağa, başqa gizli işarәlәr vermәyә vәrdiş elәmişdilәr vә
bu da alçaqlıq, yaramazlıq idi, çünki onların heç biri dayımın
ayağının tozu da ola bilmәzdi.

O, bütün bunları sezmirdi, sezsә dә, çәtin ki, belә şeylәrә
әhәmiyyәt verәydi. Çünki dayım, qәribәliklәri olan bütün adamlar
kimi, adәtәn, özünәmәxsus dünyasında daldalanır, ayrı cür yaşayır,
ayrı cür duyur, ayrı cür nәfәs alırdı. Üstәlik, adi ailәnin lәyaqәtli
oğlu kimi, hәyatı “taleyin cәzası” hissiylә (bu, onlarda, ümumiyyәtlә,
nәsillikcәydi), Allahın qәzavü-qәdәrinin onu xüsusi himayәyә
götürmәsi – dövr, ola bilsin, laxlamışdı, amma özü hәtta heç
әsmәmişdi dә – duyğusuyla keçmişdi. Bu ölçüyә-biçiyә gәlmәyәn
tәkәbbürü yalnız ölüm sarsıda bilәrdi, axı o hәm dә özündәn
çıxıb işıqlı dünyanı ona görә yamanlayır, rastına çıxan avtomobilçini,
piyadanı, zәhmәtkeşi yalnız ona görә rüsvay elәyirdi ki, hәmin
adamların yolu-yolağası onun yoluyla kәsişmiş, hansısa hәrәkәtlәri
dayımın dünya nizamında qarma-qarışıqlıq yaratmışdı.

Maraqlıdı, amma iş yoldaşlarından dayımı hamıdan yaxşı
anlayan, hәm dә hörmәt elәyәn mәhz Con T.Brill idi. Mister
Brill әn adi arzuların, ehtirasların fövqündә yaradılmışdı, yağlı
söyüşlәr ağzından Missisipi coşqunluğuyla tökülürdü, söyüşsüz
bataqlıqdakı balina kimi ağlagәlmәz idi. Ağzını açan kimi mәsuliy-
yәtsizcәsinә hәr kәsi, hәr şeyi söyüb-batırır, ancaq dayıma
münasibәtdә onun söyüşü etinasız xüsusiyyәtә malik olur, hörmәt
çalarıyla bәzәnirdi.

Mәsәlәn, o, dayıma deyә bilәrdi:
– Lәnәt şeytana, Hok, siz o Molzenin köhnә-kürüşü üçün
hüquqi әsas axtarıb tapmadınız? Adam hәr gün mәnә zәng vurur.
– Hansı adam? – dayım dәqiqlәşdirәcәk. – Oksfordlu?
– Yox, – Mister Brill deyәcәk, – o biri, Dorçesterli. Hüquqi
әsas yoxdusa, mәn o … nә deyim?
Onun danışığı üçün bayağılıq xarakterik idi, amma elә bil
şәxsәn dayıma toxunmurdu – axı “lәnәt şeytana” ilә “lәnәtә

123
   118   119   120   121   122   123   124   125   126   127   128