Page 128 - tomas
P. 128
as Vulf

***

Brill, dayıma bax belә sataşmağı, sadәcә cırnatmağı sevsә
dә, qәlbindә ona rәğbәt bәslәyirdi; şef dayımın qeyri-adi ağlına
hörmәt elәyir, qәlbinin dәrinliklәrindә kişinin bir vaxtlar dindar
olmasından, mәbәdlәrdә moizә söylәmәsindәn riqqәtә gәlirdi.

Bundan әlavә, Brill hәr dәfә dayımın savadı qarşısında baş
әyә-әyә, pәrәstiş elәyә-elәyә, müştәrilәrә onun dәrin biliyindәn
yararlanmağı mәslәhәt görә-görә atasayağı qürurla işıq saçırdı.
Elә bil Baskom öz oğluydu vә oğlunun istedadını hәr dәqiqә
bәşәriyyәtin gözlәri qarşısında üzә çıxarmağa ehtiyac vardı. O,
Baskomu әsәbilәşdirir, savadlı olduğunu kontorunun kandarından
ilk dәfә içәri girәn adamlara reklam elәyir, dayımı özünü
göstәrmәyә, “belә bir söz söylәmәyә” hәvәslәndirirdi. Әgәr
dayım onu hiddәtlә, nifrәtlә sancırdısa, bu, Brilli qane elәyirdi:
tәki bununla yanaşı, “söz deyәydi”. Bir dәfә otuz beş il qabaq
yoxa çıxmış uşaqlıq dostu münasibәtlәrini bәrpa elәmәyә gәlmişdi,
Brill dә dayımın kamilliyindәn danışır, gәlәn adamı ciddi surәtdә
inandırdı:

– Şübhә elәmә, Cim! Müqәddәs Atanı yarımçıq deyil, bütöv
anlamaq üçün professor lazımdı. Sadә adam… onu anlaya bilmәz.
Allah haqqı, düz deyirәm! – o, Cimin inanmadığını görüb and
içirdi. – Müqәddәs Ata bizimkimilәrin bilmәdiklәri sözlәri bilir.
Belә sözlәr heç lüğәtdә dә yoxdur. Düzünü deyirәm! O isә hәmin
sözlәri tamam-kamal işlәdir, – Brill qalibanә tәrzdә sözlәrini
bitirdi.

– Әzizim, – dayım onun ehtirasını soyutmaq istәyәn tәrzdә
dişlәri arasından dillәnirdi, – nә çәrәnlәyirsiniz? Siz ki bizә
eybәcәri, tәbiәtin tör-töküntüsünü tәqdim elәmisiniz. Müdriki
ağıllandırmaq mümkün olmasın deyә… Savadlı insan adamlarla
ünsiyyәtә girә bilmәsin deyә… Erudisiyalı adam mәnasız mәxluq
kimi tutqun, sözsüz yaşasın… – Dayım gözlәrini qıyır, nifrәtlә
burnunda gülürdü. – Hm-hm-hm! Siz tamamilә qanmazsınız! – o
gülürdü. – Bilirdim ki, nadanlığınız hüdudsuzdu, amma güman
elәmirdim ki, qanmazlığınız onunla tәn gәlәr, yox, onu ötüb-
keçәr!

128
   123   124   125   126   127   128   129   130   131   132   133