Page 132 - tomas
P. 132
as Vulf

***

O, daraqladığı barmaqlarının üzәrindәn laqeyd nәzәrlәrlә
yuxarı baxa-baxa kәdәrli düşüncәlәrә dalır, mәnsә artıq neçәnci
dәfәdi, tәkcә fikirlәrinin möhürüylә yox, hәm dә fiziki mütәnasibliyi
ilә Emersonunkuna oxşayan başının nәcib çevrәsinә baxırdım vә
bu dәqiqәlәrdә mәnә elә gәlirdi, ki, insanın tәnhalığıyla, lәyaqәtiylә,
әzәmәtiylә, hәm dә ümidsizliyi ilә bütün hәyatı bu cür әks etdirәn
belә gözәl baş görmәmişәm.

– Bәli, ser! – Dayım tәzәdәn sözә başlayırdı. – Әlbәttә, o,
anlaşılmaz adamdı, bәzi fikirlәri dә… Ah, iyrәnclikdi! İyrәnclikdi! –
gözlәrini qıyır, gülürdü. – İyrәncliyә bax!.. Amma (hm-hm-hm!)
necә gülmәyәsәn, bir halda ki o… Oh, dilimә gәtirә bilmirәm,
oğlum… İyrәnclikdi! İyrәnclikdi! – dayım sarsılmış halda başını
aşağı salırdı. – Yaman kobuddu… Yaman kәskindi! – vәcdlә
pıçıldayırdı.

Hәmin kәskinliyi gizlincә xüsusi dәyәrlәndirirdi, bir dәfә
tәәssüflәnmişdi ki, onun kömәyindәn istifadә elәyә bilmir. Hәmin
әlamәtdar gündә Baskom dayı әllәrini göyә qaldırıb öz yararsızlığını
alovlu dua sözlәriylә ifadә elәdi:

– Kaş B.T. burada olaydı! Kaş onun dili mәndә olaydı. Lap
kәskin deyәrdim!

Әhvalatsa belә olmuşdu. Bir dәfә dayım qışda arvadını
Floridaya aparmış, orada ev tutmuşdu. Qәsәbә kiçik, sadә, dәbdә-
bәli yerlәrdәn bir neçә mil uzaqdaydı, sahildә deyildi. Ancaq
çay, daha doğrusu, yarımadanı yalayan, qabarmalar vә çәkilmәlәrlә
dolan, dayazlaşan ensiz körfәz vardı. Qışı burada keçirәn azsaylı
cәmiyyәt yeganә kiçik kilsәylә, üstәlik, özü dә gәlmәlәrdәn olan
yeganә keşişlә kifayәtlәnmәk mәcburiyyәtindәydilәr. Qışda keşiş
xәstәlәndi, kilsә dә yararsız hala düşdü, onun әtrafındakı adamlar
da keşişә әvәz axtara-axtara öyrәndilәr ki, Baskom dayım bir
vaxtlar ruhani olub. Dayımın yanına gәlib boş qalmış yeri
tutmasını xahiş elәdilәr.

132
   127   128   129   130   131   132   133   134   135   136   137