Page 134 - tomas
P. 134
as Vulf
sifәtlәrini sınağa çәkirdi. – Sizә nә olub axı? – әsәbilәşirdi. –
Bunu ki mәktәbli dә dәrk elәyәr: bixәbәr adam! Bixәbәr – heç dә
inkar elәyәn adam deyil! Qәtiyyәn! – әllәrini qәtiyyәtlә yuxarı
qaldırdı. – Kim inkar elәyirsә, ateistdi! Aqnostiksә sadәcә bixәbәr
adamdı!
– Fәrq görmürәm, – kimsә mızıldandı. – Mәnә görә, hәr ikisi
allahsızdı.
– “Fәrq görmürәm!” – Baskom nәrildәdi. – Heç olmasa,
susun, әzizim, özünüzü rüsvay elәmәyin!.. Gecәni gündüzdәn,
qaranı ağdan, hәyasızın mәsuliyyәtsiz sәrsәmlәmәlәrini filosofun
ciddi idrakından ayırmamaq! Zәmanәmizin әn böyük zәkaları
aqnostik olublar. Bәli-bәli, ser! Bәşәriyyәtin qaymağı!.. Böyük
Metyu Arnold aqnostik idi, – әsas dәlilini ortaya qoydu. – Siz
bundan sonra da fәrq görmürsünüz? Özünüzә gәlin!
Mәrәkә şıltaqcasına susurdu, bu zaman o, әlini qoynuna salıb
eşәlәmәyә başladı.
– Mәndә bir şeir var, – şeiri çıxarıb dillәndi, – özüm yazmışam, –
utana-utana öskürdü, – şübhәsiz, bu şeirdә adını bayaq çәkdiyim,
fәxrlә müәllimim saydığım nәhәng adamın – Metyu Arnoldun
tәsiri var. Hәmin şeir mәnim dünyagörüşümü uzun-uzadı
söhbәtlәrdәn daha yaxşı izah elәyәr. Şeir “Mәnim әqidәm”
adlanır, – barmağını yuxarı qaldırıb oxumağa başladı:
Varmı qismәtimizdә mәhşәr gününü,
İşığın sönmәdiyi geniş vadini,
Ölünün әbәdiyyәtә getdiyi yeri
görmәk?
Bu sualın cavabı yoxdu.
Sevinci büsbütün dadacağıqmı
Sәadәtdә çәkişmәni unutmaq üçün,
Tәkcә sevginin hökm elәmәsi üçün?
Bәlkә dә. Bәlkә dә, belә olacaq.
Şeirin daha on yeddi bәndi vardı, Baskom hәmin bәndlәrin
hamısını asta-asta, ifadәli tәrzdә oxudu, sonra kağızı qatlayıb is-
tehzayla gülümsәyә-gülümsәyә oradakılara baxdı.
134