Page 136 - tomas
P. 136
as Vulf

çәrәnlәmәlәr, jarqon sözlәr savadsızlıqdı, biz hara gedirik?
Fikirlәrini ifadә elәmәyә qadir olan insanı dinlәmәk böyük zövq
verir. Bәli, ser! Lap vәcdә gәtirir! Mәn ilk baxışdan ağlaya-
ağlaya özümә dedim: bu adamın söz istedadı var. İstedad! İstedad!
İstedad! – dul qadın başını qorxunc tәrzdә bulaya-bulaya
qarıldayırdı. – Belә insan mәnimlә istәdiyi hәr şeyi – bәli, hәr
şeyi! – elәmәkdә sәrbәstdi, bunu siz danışmağa başlayan kimi
anladım.

– Xanım, xanım – Baskom lәyaqәtlә başını aşağı әyib
nәrildәyirdi, – tәşәkkür elәyirәm. Bütün qәlbimlә minnәtdaram.

– Bәli, ser! Öz-özümә deyirdim ki, sadәcә ona nәzәr salmaq,
başına baxmaq nә qәdәr zövq verir!

– Nәyimә? – Baskom arı sancmış kimi sәslәndi.
– Başınıza.
– Ah, başıma, – Baskom inildәdi, – mәnim başıma, – sonra
sәfehcәsinә güldü.
– Bәli, mister Hok, – dul qadın davam elәyirdi. – Mәn belә
gözәl baş görmәmişәm. Siz şeir oxumağa başlayanda öz-özümә
dedim: ancaq bu cür başı olan adam belә şeir yaza bilәr. İlahiyә
minnәtdar olmaq lazımdı ki, o, öz gözәl başını Allah işinә qoşub.
– Xanım, – Baskom silkәlәndi, – siz mәni çox böyük dәyәrә
layiq gördünüz. Minnәtdarlıq elәmәk üçün vasitә tapmıram.
Amma qorxuram… hәm dә әlimi ürәyimin üstünә qoyub boynuma
almalıyam ki, siz, ola bilsin, tamamilә anlamadınız mәni, ya da
görünür, mәn şeirin mәnasını, mәqsәdini, mahiyyәtini yetәrincә
aydın ifadә elәyә bilmәdim. Ah, әlbәttә, özüm günahkaram,
şübhәsiz, şübhәsiz.
– Yox, kifayәtdi! – dul qadın mübahisәyә girişdi. – Mәnә
orada hәr şey gün kimi aydındı. Durub özümә deyirdim: bu,
mәnim düşündüklәrimdi elә, amma o fikirlәri ifadә elәmәyә
imkan tapmamışam, danışmağa kimsә olmayıb. Amma budur,
özümә deyirәm, yaxşı bir adam peyda oldu, beynimdә hәr şeyi
yerbәyer elәdi. Onun dizlәrinin dibindә qıvrılıb oturam, günlәrlә
qulaq asam, dinmәzcә sözlәrin mәnasına varam, sadәcә necә da-
nışdığını eşidәm, deyirәm, mәnә bundan yaxşı tale gәrәk deyil!

136
   131   132   133   134   135   136   137   138   139   140   141