Page 133 - tomas
P. 133
Baskom Hokun portreti

– İsa kömәyiniz olsun! – dayım onlara güldü. – Allahdan
qorxun! Bunu heç tәsәvvürümә dә gәtirә bilmәrәm. Belә şey heç
ağlıma da gәlmәz. Mәn artıq iyirmi ildi, tamam-kamal aqnostikәm1 .

Dәstә ona fikirli-fikirli baxırdı.
– Tәbiidi, – tәşәbbüsçü, Yeni İngiltәrәdәn olan arğaz hәmyerlisi
dillәndi, – hesab elә ki, burada hamımız presviterianıq, ancaq
bunu maneә saymıram. Mәn belә düşünürәm: biz Allahı mәdh
elәmәk üçün enmişik, bizә dә vaiz lazımdı, hansı әqidәnin sahibi
olur-olsun. Bir dә ki, – xeyirxahcasına sözünü bitirdi, – aramızda
xüsusi fәrq yoxdu axı.
– Çox gözәl, әzizim! – dayım fınxırdı. – Güman elәyirsinizsә,
aqnostiklә presviterian arasında fәrq yoxdu, onda başınızı hәkimә
yoxlatmağın vaxtıdı. Yox, bağışlayın, – sözü uzatdı. – Mәn
özümdә olmayan әqidәni yamsılaya bilmәrәm. Özüm sahib
olmadığım dini tәbliğ elәyә bilmәrәm. Ser, mәnim dünyagörüşüm,
qısaca, bax budur.
Onlar çaşqın halda ayaqlarını götürüb-qoydular, pıçıldaşdılar,
sonra çıxıb getdilәr, bu zaman dayım ona atılan “ateist” sözünü
tutdu.
– Yox! – qışqırdı, gözlәri döyüşkәnlik alovuyla parıldadı. –
Qәtiyyәn! Qәtiyyәn! Siz bununla yalnız nadanlığınızı göstәrirsiniz!
Bunlar ayrı-ayrı şeylәrdi! Qә-tiy-yәt-lә, hә-mi-şә-lik fәrqlidilәr!
“Ateist” – “aqnostik”, “aqnostik”sә – “ateist” deyil. Qulaq asın, –
onları sәslәdi, – sizdә, heç olmasa, bir tikә ağıl qalıbsa, sözlәr dә
hәr şeyi izah elәyir. Ateist – Allaha inanmayan adamdı. Bu söz
“yox” mәnası verәn “a” önşәkilçisindәn, “Allah” mәnası verәn
“teos” ismindәn ibarәtdi, buna görә dә ateist “Allah yoxdu”
demәkdi. “Aqnostik” sözünә keçәk, – sәbirsizliklә dodaqlarını
yalayıb davam elәyirdi. – Bәyәm, bu, sәslәnişiylә hәmin kәlmәnin
eynidi? Yo-o-ox! Bәs mәnasına görә? Qәtiyyәn! “Aqnostik”
hansı dildәn götürülüb. Әlbәttә, yunancadan, bunu sәfeh dә bilir.
Tәrkibi hansı sözlәrdәn ibarәtdi? Elә hәmin inkarçı “a”dan vә
“bilikli” mәnasını verәn “qnostikos” hissәciyindәn. Belә olan
halda, “aqnostik” kimdi? – o, alovlu nәzәrlәriylә onların donuq

1aqnostik – maddi alәmin dәrkini inkar edәn fәlsәfi nәzәriyyә tәrәfdarı

133
   128   129   130   131   132   133   134   135   136   137   138