Page 129 - tomas
P. 129
Baskom Hokun portreti

– Eşitdin? – Brill sevinә-sevinә dostuna sәslәnirdi. – Sәnә nә
deyirdim? Bir söylәdiyi sözә bax, Cim, hәm dә onu nәylә
sinirdiklәrini tәkcә Müqәddәs Ata bilir, o söz lüğәtdә yoxdu!

– Lüğәtdә yoxdu! – dayım bağırırdı. – Qadir Allah, yerә düş,
o vaxt Valaamın rәfiqәsinә verdiyin dildәn bu qanmaza da ver!

***

Yaxud başqa bir hadisә: Brill yazı masasının arxasında
müştәriylә sәmimi, ehtiyatlı, mәxfi danışıq aparır, adәtәn, belә
danışıqların axırı ilkin razılaşmayla bitir. Bu dәfә italiyalı müştәri
rast gәlib. O, iynә üstündә oturmuş kimi stulun kәnarında
qurcalanır, nәhәng adamsa qorxunc bәdәniylә italiyalıya doğru
uzanır. İtaliyalının boğuq, ehtiyatlı sәsi arabir Brillin zәhlәtökәn
uğultusunu boğur. İtaliyalı donmuş halda oturur, onun yöndәmsiz
iri bәdәni ağır bayram kostyumunun verdiyi narahatlıqdan әziyyәt
çәkir, kütdırnaqlı, tüklü iri barmaqları titrәyә-titrәyә dizlәrini
sıxır, dolaşıq pırpız qaşları altından qәhvәyi rәngli gözlәri bic-
bic işıldayır. Budur, bir dә qurcalandı, cәsarәtini toplamaq üçün
dizlәrini sığalladı, yaltaqlana-yaltaqlana şübhә dolu tәbәssümlә
soruşdu.

– Nә qәdәr istәyirsiniz?
– Nә qәdәr istәyirik? – Brill boğaz qurultusunu işә salıb,
açılışmış vәziyyәtdә soruşdu. – Bәs sizdә nә qәdәr var? Xәbәrdarlıq
elәyirәm, var-yoxunuzu әlinizdәn alacağıq! Biz “nә qәdәr” yox,
hәr şeyinizi istәyirik! – o, qaqqıldaya-qaqqıldaya stulun söykәnә-
cәyinә yayxandı. – Hә, Müqәddәs Ata? – Brill üzünü içәri girәn
dayıma tutdu. – Biz “nә qәdәr” yox, sizdә olanın hamısını
istәyirik! Bizim maksimumuz belәdi! Onu prospektlәrdә dә çap
elәmәk lazımdı! Siz necә bilirsiniz, Müqәddәs Ata?
– Hm? – dayım öz sığınacağından dalğın-dalğın cavab verdi.
– Deyirәm, özümüzçün maksimum düşünüb tapmışam.
– Nә düşünüb tapmısan? – dayım sanki eşitdiyinә inanmayıb
nifrәtamiz tәrzdә soruşdu.
– Maksimum.

129
   124   125   126   127   128   129   130   131   132   133   134