Page 127 - tomas
P. 127
Baskom Hokun portreti
nifrәtamiz tәrzdә fınxırdı. – Mәn onların bişmişlәrinә toxunmaqdan
iyrәnirәm. Qızıl suyuna çәksәlәr dә, xeyri yoxdu. Restoranlarda
pәhrizimi batil elәsәm, yuxum әrşә çәkilәr. Sәnsә, oğlum, –
dayım üzünü mәnә tәrәf çevirdi, – ürәyin nә istәyir, götürә
bilәrsәn, hәr şey! – Uzun qollarıyla havada çevrә çәkdi, sonra
gözlәrini yumdu, ayaqlarını yerә döyüb, burnunda güldü.
Mister Brill bu xәbәrә әtli sifәtini sallayıb, tәәccübdәn ağzını
ayırıb qulaq asırdı. Sonra tәzyiq göstәrәn tәrzdә dillәndi:
– Belәliklә, onu yemәyә qonaq elәmәk lazımdı. Harada?
– İcazәnizlә, ser, – dayım hәyәcanlandı, – mәn ki izah elәdim:
biz bax bu binanın zirzәmi qatındakı restorana gedәcәyik. Sadә
olsa da, әla yerdi.
– İzninizlә, Müqәddәs Ata, – Brill etiraz dolu sәslә dillәndi, –
siz, әlbәttә, bacıoğlunuzu ora aparmaq istәdiyinizi deyәrkәn
zarafat elәyirsiniz? Mәncә, söhbәt adamı yemәyә qonaq elәmәkdәn
gedir.
– Mәnә elә gәlir, – dayım kinayәylә dillәndi, – ora elә buna
görә gedirlәr. Mәncә, orada üz qırxdırmırlar.
– Ora gedәcәksinizsә, – Brill dillәndi, – sizi mәhz qırxacaqlar,
hәm dә tәkcә qırxmayacaqlar, üstәlik, diri-diri başınızın dәrisini
soyacaqlar. Orada yemәk söhbәti yoxdu. – Sonra o, coşqun halda
qәhqәhә çәkib gülür, stulun söykәnәcәyinә yayxanırdı.
– Fikir vermә, – dayım iyrәnә-iyrәnә cırıldayırdı. – Bu alçaq,
bayağı adam hәr şeyi, hәtta әn müqәddәs şeyi dә gülüş hәdәfinә
çevirir. Yoxsa – Brillә vә otaqdakı adamlara qorxunc nәzәr
salırdı, – onu ora aparmağı ağlıma necә yerlәşdirә bilәrdim?
Bacım oğlunu, doğma bacımın oğlunu heç bәyәnmәdiyim bir
yerә aparmağı ağlıma necә gәtirә bilәrdim? Dünyada ola bilmәz! –
o bağırırdı. – Dünyada ola bilmәz!
Sonra Brillin qaqqıltısı, dayımın arxamca verdiyi öyüd-
nәsihәtin müşayiәtiylә getdik:
– Fikir elәmә, oğlum! Tarakanın әtinin axırına çıxandan
sonra bura qayıt, sәni yemәyә apararam.
127