Page 131 - tomas
P. 131
Baskom Hokun portreti
– Hm! Hm! Hm! Әlbәttә, – daraqladığı barmaqlarının diki
üzәrindәn fikirli-fikirli yuxarı baxıb burnunda uğuldayırdı, –
qanmaz adamdan nә götürә bilәrsәn axı!.. Düşünmürәm ki…
yox әşi, әmin deyilәm ki, Brill ömründә yarımca il dә mәktәbdә
oxuyub! Tәsәvvür elә! – Baskom qorxunc tәrzdә dişlәrini ağardıb
susdu, tәlqinedici qocafәndi nәzәrlәrini mәnә dikdi, sifәtindәki
bu gözlәnilmәz dәyişikliksә – elә bil buradan çox uzaqlarda axan
hәyatının dәrinliyindәn baxırdı – mәni ovsunlayır, müvazinәtimi
sarsıdırdı. Boz, iti, yaşlı gözlәrin birinin qapağı iflic olmuş tәrzdә
sallanmışdı, bu, görmәyә mane olmur, amma baxışına bәzәn
qәzәbli, kinayәli ifadә verirdi. – Tәsәvvür elә, – o, tәlaşlı-ehtiyatlı
pıçıltıya keçirdi, – adamın belә bir şey demәsi üçün… Ah,
iyrәnclikdi. İyrәnclikdi! İyrәnclikdi, oğlum! – dayım anlaşılmaz
müqәddәs dәhşәt içindә gözlәrini qırpa-qırpa pıçıldayırdı, elә bil
yaddaşında dolaşan ağlagәlmәz abırsızlığı tәkrarlamağa dili
gәlmirdi. – Sәndә, heç olmasa, bir qram, heç olmasa, bir molekul
әdәb vә tәrbiyә varsa, belә şeyi tәsәvvür elәmәk olarmı, belә
şeyi ağıla gәtirmәk olarmı? Yox, ser, – inamla dillәnirdi, –
mümkün deyil! Çox alçaq, çox әclaf, çox yaramaz mәnşәyi var.
Bununla belә, bu, onu qәtiyyәn kiçiltmir, – dayım qorxdu ki,
özünü kübarlara oxşatmaq istәdiyindәn şübhәlәnәcәklәr, ona
görә әl-ayağa düşürdü. – Qәtiyyәn! Qәtiyyәn! – Uzun qollarını
gözәgörünmәz tüstü burumlarını dağıda-dağıda, mahnı oxuyurmuş
kimi, yuxarı qaldırırdı. – Görkәmli adamlar, millәtin qaymaqları
elә bu cür mühitdәn çıxıblar. Sözsüz, qeyd-şәrtsiz! Hәm dә
şübhәsiz! Cavab ver, – onun şişmiş, iflicli gözü kinlә mәnә
dikilirdi, – Linkoln bәyәm aristokrat idi? Bәyәm o, varlı ailәdәn
çıxmışdı? Uşaqlıqda qulluq elәyib nazını çәkmişdilәr? Yaxud
keçmiş qubernatorumuz, Birlәşmiş Ştatların indiki vitse-prezidenti
bәyәm dәbdәbә içindә böyüyüb? Әşi, belә bir şey yoxdu! –
Baskom dayı qışqırırdı. – O, adi, әmәksevәr fermer ailәsindә
doğulub, elә sonra da zәrrә qәdәr dәyişmәdi, sadәlәrin lap sadәsi
olaraq qaldı! Bu adamlar bәşәriyyәtin bәzәyidilәr. Heç bir şübhә
ola bilmәz!
131