Page 130 - tomas
P. 130
as Vulf

– Maksimum yox e, – dayım acıqla sәslәndi. – Bu, tamam
başqa sözdü, – dişlәrinin arasından dillәndi. – Mәdәni adam
demәz ki, maksimum düşünüb tapdım. Düz deyil! – o partladı. –
Yalnız nadanlar belә deyәr. Yox ki, yox! – o, qәtiyyәtlә etiraz
elәdi. – Belә demirlәr. Qәtiyyәn, heç vaxt!

– Hә, yaxşı, Müqәddәs Ata, – sakitlәşmiş Brill dillәndi. – Siz
daha yaxşı bilәrsiniz. Bәs düzgünü necә olacaq?

– Maksima düşünüb tapdım! – Baskom sancdı. – Başqa necә
ola bilәr axı! Bunu sәfeh dә bilir!

– Lәnәt şeytana! – incimiş mister Brill mübahisәyә girişdi. –
Mәn ki elә belә dә dedim!

– Yo-o-x! – Baskom kinayәylә cavab verdi. – Heç dә belә
deyil! Siz dediniz, maksimum düşünüb tapdım, düzü isә belәdi:
maksima. Bu söz hәm dә başqa cür yazılır, – o, daha bәrkdәn
sancdı.

– Maraqlıdı, necә yazılır? – mister Brill maraqlandı.
– Elә belә dә yazılır: maksima, – Baskom dedi. – İndi dә,
dünәn dә, lap qәdimlәrdә dә. Amin! – hәvarisayaq sәslәndi. Öz
hazırcavablığından razı halda gözlәrini yumdu, ayağını yerә
döyüb burnunda güldü.
Brill dә, hәqiqәtәn, – açıq-aşkar, hiylәsiz-filansız – bunun
üzәrindә dururdu. O, öz dediyindәn dişlәriylә yapışır, başqalarının
fikirlәrini yaxına buraxmırdı. Belә doyumsuzluq da, bu cür qaba,
açıq-aşkar acgözlük dә adamları qorxutmur, cәlb elәyir, onlara
Brillin sarsılmaz әqidәsini, abrını tәlqin elәyirdi. Ola bilsin, bu,
ondan irәli gәlirdi ki, Brillin tәbiәtindә mәxfilik yox idi: öz
planlarını hamıya, hәr kәsә söyüşdәn-gülüşdәn boğula-boğula
açır, bu cür tamaşadan sonra da gәlәn adam – bu italiyalı kimi –
Brillin “sәmimi adam” olduğuna inanmış halda çıxıb gedirdi.
Hәtta tez-tez hәmkarını nifrәtlә, kinayәylә cәzalandıran dayım
da ona özünәmәxsus hörmәt, rәğbәt bәslәyirdi: bәzәn mәnimlә
söhbәtdә Brillin hansısa xatirәsini yadına salırdı – tanış nifrәt
ifadәsi dә hәssas sifәtinin iri quruluşunu eybәcәrlәşdirir, zorәn
gülüş dә onun gözәl burnundan, bir neçә hәvә dişdәn ibarәt
etibarsız sәrhәdi olan ağzından әzab-әziyyәtli öskürәklә çıxırdı.

130
   125   126   127   128   129   130   131   132   133   134   135