Page 126 - tomas
P. 126
as Vulf

– E-eh, – dayım әlini yellәyirdi. – Bilmәdiyinizi danışmayın.
Yaxşı tütündәn tәmiz heç nә yoxdu. Nәcib, sağlam bitkidi. Heç
bir şübhә ola bilmәz.

– Onda, – Brill dillәnirdi, – anlamağa başlayıram. İnsan
ölәnәcәn öyrәnәr, Müqәddәs Ata, indi mәni yenә maariflәndirdiniz:
havayıdısa, tәrtәmizdi, pulladısa, onda iyrәncdi, murdardı. – O,
bir dәqiqәliyә әmәlli-başlı düşünür, iri hulqumu quruldamağa
başlayırdı. – Lәnәt şeytana! – Sonra yekunlaşdırırdı. – Bu, tәkcә
tütünә aid deyil axı.

Yaxud belә bir hadisә. Bir dәfә sәhәr dayım hiddәtlә öskürüb
mәnә dedi:

– Gör nә deyirәm, Devid, oğlum: bu gün mәnimlә nahar
elәyәcәksәn. Qeyd-şәrtsiz, hәm dә şübhәsiz-filansız! – Düzü,
xәbәr mәni narahat elәdi, çünki әvvәllәr evindә dәfәlәrlә yemәk
yesәm dә, xidmәt yerinә gәlәndә heç zaman mәni nahara
çağırmırdı. – Bәli, ser, – qәtiyyәtli, mәmnun tәrzdә sözünә davam
elәyirdi, – mәn hәr şeyi düşünüb-daşındım. Bu binanın zirzәmi
qatında әla yer var, sadәdi, amma tәmiz, çox abırlı yerdi. Sahibi
irland әsilli centlmendi, uzun illәrdi tanıyıram. Әn nәcib millәtdi.
Heç bir şübhә ola bilmәz.

Bu, nadir hadisәydi: dayım restorana gedirdi? – Belә şeyi
ağlıma sığışdıra bilmirdim. Baskom qәrara gәlib öz sığınacağından
hәmkarlarının yanına çıxdı, mülahizәlәrini çox mәmnun halda
dilә gәtirdi:

– Bәli, ser! – dodaqlarını lәzzәtlә marçıldadıb yığıncağa
aydın sәslә bildirdi. – Biz içәri girәcәyik, lazımi qaydada
oturacağıq, xidmәtçilәrdәn birinә münasib tapşırıqlar verәcәyik, –
bu sözlәri söylәyәndә dodaqlarını elә lәzzәtlә marçıldadırdı ki,
ağzımın suyu axır, qarnım da şirin-şirin quruldayırdı. – Ona
deyәcәyәm: “Bu, mәnim bacım oğludu, Harvard U-ni-ver-si-te-
ti-nin tәlәbәsidi, – o, yenә dodaqlarını adamın beynini duman-
landıran tәrzdә marçıldadırdı. – Bәli, ser, deyәcәyәm ki, buna
görә dә ona dәrhal, qeyd-şәrtsiz, hәm dә – iri barmağını silkәlәyә-
silkәlәyә qışqırdı, – qüsursuz qulluq elәyin!” Özümәsә, – sәsini
endirdi, – heç nә götürmәyәcәyәm! Allah mәni saxlasın! –

126
   121   122   123   124   125   126   127   128   129   130   131