Page 124 - tomas
P. 124
as Vulf

gәlәsiniz” arasında böyük fәrq var. Brill tabeliyindә olan digәr
işçilәrin nazıyla oynamırdı.

Brill irigövdәliydi: altı fut iki-üç düym boyu, otuz funta
qәdәr çәkisi vardı. Başı tamam daz idi, kәllәsinin çәhrayılığı
mәxmәriyә çalırdı; әtli yanaqları olan sifәtinin qırmızı girdәsi
qulaqlarının dibindә bitirdi. Onu içәridәn didib-dağıdan әdәbsizliyi
sanki tәfәrrüatlı-sanballı, zәhlәtökәn sәsinin havasını dalğalandırırdı;
heyvәrәlik hәyatına o qәdәr daxil olmuş, özünüifadә forması
üçün elә tәbii vasitәyә çevrilmişdi ki, bunu mühakimә elәmәk
mәnasız idi. Brill mәhdud sayda daimi bәnzәtmәlәrdәn istifadә
elәyirdi – yeri gәlmişkәn, deyәk, Homer dә belәydi. Brill dә
Homer kimi, yaxşı sınaqdan çıxmış sözlәri başqalarıyla әvәzlәmәyә
әsas görmürdü.

Brill rüsvayçı olsa da, sәdaqәtli adam idi. Öz xidmәtçilәrinin
yanında, elә dayım tәki, Nuh әyyamından çıxmış parlaq, nәhәng
adamlar kimi görünürdü, yәqin, buna görә dә aralarında hәm
mәnәvi yaxınlıq, hәm anlaşma vardı, bu bağlılıq başqalarıyla
әvvәldәn olmamışdı. Fridman da, Brillin qızı Mürel dә, Uord da
adamlar yığınına, arasıkәsilmәdәn arta-arta hәyat küçәlәrini
dolduran, boz, yadda qalmayan kütlәlәrlә axıb-gedәn saysız-
hesabsız ordulara mәnsub idilәr. Brill vә Baskom dayısa minlәrlә,
milyonlarla adamın arasında özlәri olaraq qalırdılar: onları
camaatın içindә görәnlәr nәzәrlәrini çәkmir, söhbәt elәyәndәn
sonrasa ömrü boyu unutmurdular.

Bu gün özünü Brill kimi bu cür tam, inamla, şübhәsiz-
filansız, tәrәddüdsüz ifadә elәyәn adamlara nadir hallarda rast
gәlmәk olur. Düzdü, o, özünü, әsasәn, ikili tәrzdә – nitqinin
abırsızlığı, qulaqbatırıcı, gurultulu qәhqәhә partlayışı, kulminasi-
yasının, dünyaduyumunun bu ifadәsi, dildәki ifadә vasitәlәrinin
bu hüduduyla büruzә verirdi.

Onun ilhamla dolu heyvәrәliyi başqalarını әylәndirsә dә,
Baskom dayı bәzәn hәmin әdәbsizlikdәn bәrk hirslәnirdi. Belә
hallarda ya dәrhal kontordan çıxıb gedir, ya da arxasınca qapını
çırpıb, nazik arakәsmәni titrәdib, iyirmiillik tozu qaldırır, özündәn
çıxmış halda otaqcığına çәkilir, bir dәqiqә әsә-әsә dodaqlarını

124
   119   120   121   122   123   124   125   126   127   128   129