Page 137 - tomas
P. 137
Baskom Hokun portreti

– Madam! – Sәmimi-qәlbdәn, hәm dә dәrindәn mütәәssir
olmuş Baskom sәslәndi. – Mәnә dә gәrәk deyil! Mәn vәcdә
gәlәrdim! Hәm dә hәr vaxt! Hәr vaxt! – dayım and içirdi. –
Bizim günlәrdә ağıllı, düşüncәli qadına rast gәlmәk böyük uğurdu,
nadir haldı! Biz bir dә söhbәt elәmәliyik. Mütlәq.

– Aha, – dul qadın donquldandı.
Baskom görüb-eşitdiyi hüdudlarda Luiza bibini ayıq-sayıq
axtarırdı.
– Bir dәfә – dodaqlarını marçıldatdı, – arxayın gәzintiyә
çıxmaq olar. Sakit tәbiәt düşüncәlәrә çox kömәk elәyir. Heç bir
şübhә ola bilmәz!
– Aha, – dul qadın dedi.
– Sabah, – Baskom pıçıldadı.
– Aha, – dul qadın qarın boşluğundan mırıldandı.
Baskom dayı vә dul qadın gәzinti kurslarına belә başladılar,
gәzinti müddәtindә dayım qadına şәxsi әqidәsini geniş şәrh
elәyir, dul qadınsa onunla qәlbәn yaxınlığını, baxışlarının üst-
üstә düşdüyünü tәsdiqlәyirdi. Luiza bibi onların yox olduqlarını
görür, hәr dәfә qәzәbli-qәzәbli fınxırıb, adәt elәdiyi tәrzdә don-
quldana-donquldana dәlisov gözlәrini gedәnlәrә zillәyirdi:
– Qoca sarsaq… Miskin xәsis… Arvadı lüt-üryandı, o isә
var-dövlәtini belәlәrinә sovurur… Bu, onlarda nәsillikcәdi…
Qan özünü bildirir, – bibim xırıltıyla pıçıldayırdı. – Hamısı
dәlidi… Ailәlәrindә hamı şәhvәt düşkünüdü.

***

Bir dәfә Baskomla dul qadın çox gәzdilәr, qürub çağında
hәlә qәsәbәdәn bir mil uzaqdaydılar. Yer düzәngah idi, yol kiçik
körfәzin başına dolanır, sısqa şam meşәliyindәn, seyrәk palma
meşәsindәn dolana-dolana keçirdi. Su çәkilmişdi, sürüşkәn,
bataqlı yataqda gölmәçәlәr qalmışdı, namәlum quşlar yetimsayaq,
nәm torpağın üzәriylә ölüm fәryadı qopara-qopara uçuşur, әtrafdan
balıqqulağı zibilinin, dәniz köpüyünün qoxusu gәlirdi – durğun,
kәskin, sehrli, beyini dumanlandıran dәniz qoxusu. Hava vә

137
   132   133   134   135   136   137   138   139   140   141   142