Page 142 - tomas
P. 142
as Vulf

küçәlәri dolaşırdım. Ucsuz-bucaqsız rәflәrdә korluqdan,
bilgisizlikdәn әziyyәt çәkә-çәkә kitab yığınlarının altını üstünә
çevirir, oxuyub-öyrәnәndә isә kamillәşmir, özümә inamımı itirir,
ümidsizlәşirdim. Mәn hәr şeyi bilmәk, hәr şeyә sahib olmaq,
hamı olmaq istәyirdim. İstәyirdim ki, bu nәhәng, qaynaşan alәmin
sirri әlimdәki dәmir pulun hәkk olunmuş relyefi kimi dәrkedilәn,
anlaşılan olsun.

Qәfildәn dә bu yaz özünü yetirdi. Mәni sevinc dolu inam
bürüyürdü. Dayımın sığınacağının tozlu pәncәrәsindәn Feney-
hollun qırağını görür, burum-burum qalxan bazar sәs-küyünü
eşidirdim.

Bazarlar boğuq tәrzdә sәslәri yumşalmış xoş havaya qaytarır,
mәn dә özümә inamla, möcüzәyә inamla, gözlәrimin açıldığına
inamla – inanırdım ki, arzuladığım alәm ayaqlarımın altındadı –
dolur, minlәrlә kәskin, sirli qoxuları dәrindәn sinәmә çәkirdim,
onda axtardığım söz dә özünü göstәrir, mәnә әziyyәt verәn aclıq
da yatırdı. Orada, aşağıda qaynaşan coşqun, dolub-daşan bazarlar
da sanki aclığımın yatmasının canlı şahidiydilәr. Mәnә elә gәlirdi
ki, yalnız burada Yeni İngiltәrәnin – qaba, daşlı torpaqla uzanıb
gedәn, gözәlliyi tutqun, qaşqabaqlı, qayalı sahillәri adamsız olan,
balığı bol yerlәrdә ovçular qaynaşan, bәyaz, sәrt, dondurucu qış
uzunu ulduzları almaz kimi parıldayan diyarın gizlindә qalmış
hәrarәtini duymaq mümkündü. Orada şamağacı meşәlәri qaralır,
isti evlәr işıq saçır, onları görәndә dәrhal xәyalında dolu anbarları,
asılmış qaxac әtlәri, sidr ağacını, cızıldayan donuz piyini, bәyaz,
iri, sevimli bәdәni canlandırırsan.

Gündüz alabәzәk paltar xışıldayır, baxışlarda soyuqluq var;
alçaq damlar altında, ulduzların gözü qarşısında mәxmәri budlar,
az qala, narahat sәs salır, bәyaz dişlәr astaca dişlәyir, qızğın
qadın nәvazişi adamı boğur. Amma gecәylә gündüzün fәrqi
yoxdu, ürәk biganәdi, hisslәr ölüb, coşqunluq soyuyub. Sonrasa
qәfildәn yaz özünü bu uzun, qәbir kimi soyuq qışa yetirir,
qәlbimdәn yapışan fәryadla, yağışın pәncәrә şüşәsinә taqqıltısıyla
vә elә bil klavesin sәsiylә – haradan? – soxulur. Hәr şeyi oyada-
oyada soxulur. Gecә sәhәrәcәn pәncәrә taxtaları cırıldayır, tu-

142
   137   138   139   140   141   142   143   144   145   146   147