Page 144 - tomas
P. 144
as Vulf

olunan mәqamda o, gözәl mәşuqәsinin budları, sinәsi vә qasığı
üzәrinә yıxılmağı arzulayacaq, әzәmәt, şöhrәt, qәlәbә arzulayacaq,
hәmin ötәri vәcdi iksirә qatışdıracaq, adamı cana gәtirәn sevincisә
hәmişә dadacaq. Bütün bu niyyәtlәrisә acı ölüm hәqiqәti
qidalandırır; bu dәqiqә ölәcәk, bu an ölәcәk vә nadir qonaq – yaz
da ölәcәk.

Bax bu sevinc hissi, möcüzәli aclıqsöndürmә intizarıyla bağlı
olan belә günlәrdә şirin vәd kimi havada uçuşan bu gümanlar –
görünür, Yeni İngiltәrәyә onun xüsusi gözәlliyini elә hәmin
günlәr xәbәr verirlәr – әtrafı doldurub. Bu birdәqiqәlik sevinclә
әtrafa sıçrayan, ilğımlarda çaşan, öz sәsiylәmi, yoxsa bizim
arzularımızın sәsiylәmi itirilmiş, nağılvarı bir şey barәdә nәğmә
oxuyan yumşaq, qәfil yaz ona görә gözәldi ki, bütün rәnglәri sol-
duran, şaxtasıyla canlı cismi mәhv elәyib şaqqıldayan şiddәtli
qışdan sonra gәlir. Amma cisim mübarizә aparır, o, kobud
zorakılıqla çarpışır, buna görә dә buradakı adamlar üçün kәskin,
zәhәrli danışıq, xәsis hәrәkәtlәr, qapalılıq, şәkkaklıq, sıxılmış
dodaqlar, qırmızı burunlar, bәdxah maraq dolu baxışlar mәcburidi:
onlar tәbiәtdәn görmәdiklәri rәhmi adamlardan da gözlәmirlәr.

***

Necә olur-olsun, iş günü bitәndәn sonra oğlan bura tükәnmiş,
heydәn düşmüş halda deyil, aclığını söndürmәk intizarından,
vәcddәn didilib-dağılmış vәziyyәtdә gәlir. Buranın havasına
bazarın qoxuları, dәnizin әtri qarışır. O, anbarların, әrzaq
saxlanclarının tәnәkә büzmәli talvarları altındakı sәkiyә döşәnmiş
şümal daşların üstüylә addımlaya-addımlaya yüzlәrlә münbit
qoxunu sinәsinә çәkir. Çilәkәn tәmiz, kәskin qoxu verir, naringilәr,
limonlar, qreypfrutlar1 doğma yerlәrin hәmişә canlı olan qüssәsini
yayır, iylәnmiş kәlәmlәrin, çürümüş naringilәrin әzik lәti üfunәt
saçır. Cücәlәr laym şirәsiylә bir qәdәr yumşaq, kәskin qoxu

1qreypfrut, laym – tropik meyvә

144
   139   140   141   142   143   144   145   146   147   148   149