Page 149 - tomas
P. 149
Baskom Hokun portreti
Elә belә dә olmuşdu: dayım doğmalarının yanına getmiş, öz
hәyatında düjün-düjün hәyatlar yaşamışdı: uşaqlarıyla, arvadıyla
haqq-hesabı üzmüş, onlar barәdә düşünmәyi unutmuş, ailәsini,
ümumiyyәtlә, yaddan çıxarmışdı, arvad-uşağa ehtiyac duymurdu.
Amma övladları – kiçiyinin otuza yaxın, böyüyününsә qırxdan
artıq yaşı olan iki qızı, iki oğlu isә atalarını nә unuda, nә bağışlaya
bilirdilәr. O, övladlarının әzablı, canlı yaddaşı idi; ekspertlәr
әsaslı körpünü zәdәlәyәn nәhs çatışmazlığı axtaran kimi, uşaqlığın
әzabverici xronikasını geri vәrәqlәyir, ata evindәki ümidsizlik,
qәm-kәdәr illәrini bir-bir gözdәn keçirir, hәmin illәri nә unuda,
nә onlardan qurtula, nә dә imtina elәyә bilirdilәr. Atanın kölgәsi
övladları bürümüşdü: onunla görüşmәsәlәr dә, daim danışığını,
әl-qol hәrәkәtlәrini lağa qoya-qoya xatırlayırdılar. Demәli, tәzәdәn
atalarının kölgәsindә yaşayır, onun qarşısında әvvәlki qorxunu
gizlicә duyurdular. Çünki Baskomun hәyatı çәtin, çox çәtin keçsә
dә, özü istәdiyi kimi yaşanmışdı: o hәyat öz yoluyla – hәmişә dә
yeni üfüqlәrә doğru – gedirdi. Övladlarısa әl-ayağa düşürdülәr
ki, illәr acı su kimi hәyat çarxına tökülür; çarx fırlanır, onlar
qocalırdılar.
İndi dә elә bil onları yenә gördü, dedi:
– Özlәri özlәrinә gün ağlaya bilәrlәr. – Ara verib iri barmağıyla
dizimi taqqıldadır, sınayıcı nәzәrlәrlә yandırıb-yaxırdı. – Mәgәr
kimsә sәnә ölmәkdә kömәk elәyir? Ya da kimsә arxanca qәbrinә
girir? Guya başqası üçün nәsә elәmәk olar? Yox! – qәtiyyәtlә
dillәndi, susub fikir içindә asta-asta әlavә elәdi. – Özüm öz
kömәkçim deyilәmmi?
Dayım fikrә gedib laqeyd baxışlarını tağ kimi daraqladığı
barmaqlarının üzәrindәn irәli zillәdi. Sonrakı dәqiqәdә deyilmiş
sözün elә bil әvvәl söylәdiyi ilә әlaqәsi yox idi, keçmişi ehtiva
elәyәn әks-sәda kimi peyda oldu, şüurun göz-gözü görmәyәn
zülmәt saxlanclarından oğurlanmış atәş kimi parıldadı:
– “Kim bilir: insan övladlarının ruhu yuxarımı qalxır, heyvan-
ların ruhu aşağı, yerәmi enir?1”
1Ekklesiastın sözlәri (fәsil 3,bәnd 21)
149