Page 153 - tomas
P. 153
Baskom Hokun portreti

mәnә nüfuz elәyә-elәyә, hәrarәtlә pıçıldadı. – Onlardansan, bu,
sәnin qanındadı, – bibim aciz halda nәfәsini buraxdı.

– Sәn nәdәn danışırsan? – dayım sonsuz nifrәtlә çımxırdı. –
Şotland qanıdı! İngilis qanıdı! Yer üzünün әn yaxşı adamlarıdı,
buna şübhә ola bilmәz!

– Yayğın qavrayışdı! Yayğın qavrayışdı! – bibim sevdiyi
qozu götürüb qırıldadı. – Fikirlәr hәr tәrәfә dağılışır, bir dәqiqә
dә bir yerdә dayanmır. Müasir dekadentlәrdi!1 Sәn Nordaunu2,
Deyvi oxu – gözlәrin açılar! Hamınız eyni cürsünüz, – o fısıldadı. –
Hamınız şәhvәt düşgünüsünüz, hamınız!

– E-eh, – dayım cavab qaytardı. – Nә boş-boş danışırsan!
Yәqin, bizim üzәrimizdә yeni psixologiya sınaqdan keçirirsәn.
Ağlıkәmlәrin qara sehrbazlığını.

Dayım, şübhәsiz ki, hәmin elm sahәsindәn heç nә bilmirdi.
Hәrdәnbir Kantı tәzәdәn oxuyur, formalar, kateqoriyalar, inkar
mәrhәlәlәri sahәsindә özünü suda balıq kimi hiss elәyirdisә,
bibim öz dolaşıq tәsәrrüfatını – qorxuları, çatışmaları, tәsbitlәri,
tәzyiqlәri – incәliklәrinәcәn bilirdi.

Bibim onun sözlәrini qulaqardına vurdu, tәzәdәn mәnә doğru
әyilib pıçıldadı:

– Mәn indi ondan ötrü boş şeyәm, amma vaxt vardı, mәndәn
ötrü ağlını itirirdi. Qoca sarsaq, – lap tutmalı qadınsayaq qışqırdı,
sonra bir dә irәli әyilib bayaqkı coşqunluqla pıçıldadı: – Hәm dә
necә itirirdi, necә! Dana bilmәz bunu! – qışqırdı. – Gözlәrini
mәndәn çәkmirdi! Bir kişi mәnә elә-belә baxanda da özündәn
çıxırdı.

– Tamamilә doğrudu, dostum! Tamamilә doğrudu! – dayım
ağlasığmaz tәrzdә yumşalıb dillәndi. – Düz deyir, o, әsl hәqiqәti
söylәyir. Mәn hәr şeyi unutmuşam, amma düz sözә nә deyәsәn. –
Sonra iri başını yüngülcә buladı, keçmişә baxa-baxa gözlәrini
yumdu, yanıb külә dönmüş xatirәlәr üzәrindә dalğın-dalğın,
gülmәli tәrzdә fısıldadı.

1dekadent – XIX әsrin axırı, XX әsrin әvvәllәrindә әdәbiyyat vә
incәsәnәtdә mürtәce cәrәyan tәrәfdarı
2Maks Nordau (1849–1923) – hәkim, yazıçı, siyasәtçi

153
   148   149   150   151   152   153   154   155   156   157   158